THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Stratfor: Rusiya Ermənistanın ziyanına olaraq Azərbaycanla münasibətləri gücləndirə bilər

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
518
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 yanvar 2019 – Newtimes.az

Ermənistanla münasibətlərin pisləşməsi nəticəsində Rusiya öz diqqətini Ermənistanın ən böyük rəqiblərindən olan Azərbaycanla əlaqələri möhkəmləndirməyə yönəldə bilər.

Bu barədə ABŞ-ın "Stratfor'' kəşfiyyat-analitika agentliyinin təhlil materialında deyilir.

Materialda qeyd olunur ki, Ermənistanla Rusiya arasında sıx əlaqələr Qafqazda uzun müddət əsas amillərdən olub, amma İrəvanla Moskva arasında gərginliyin artması bu münasibətlərə əhəmiyyətli dərəcədə ziyan vura bilər.

Analitiklər bildirirlər ki, Ermənistanda son vaxtlarda baş vermiş siyasi dəyişikliklər İrəvanla Moskva arasında ənənəvi möhkəm münasibətləri sual altına qoyur. Bu, digər böyük dövlətlərin vəziyyətdən istifadə etmək ehtimalını artırır: ''2018-ci ilin oktyabrında İrəvana səfəri zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib ki, ABŞ Ermənistana silah satışı imkanını nəzərdən keçirə bilər. Öz növbəsində Paşinyan Boltona deyib ki, İrəvan silah tədarükü sazişi üzrə müzakirələrə hazırdır. Ermənistan ABŞ-dan silah almağa başlasa, Rusiya Azərbaycana silah tədarükünü artıracaq''.

Analitiklər vurğulayırlar ki, təhlükəsizliyin təmin olunması baxımından Ermənistan Rusiyadan asılıdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Türkiyə ilə münasibətlərin gərginləşməsi səbəbindən İrəvan Rusiya ilə strateji alyansın dayandırılması ilə nəticələnəcək hər hansı bir qəfil addım atmayacaq.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!
23 yanvar 2019 Lragir.am

Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!

"Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər''

Davamı...
"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...