THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Medvedevdən ABŞ-a mühüm xəbərdarlıq: "İranlıların səbrinin də həddi var"

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
693
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 noyabr 2018 – Newtimes.az

Rusiyanın baş naziri: "İranlıların səbrinin də həddi var"

"ABŞ başqa ölkələrə sanksiya tətbiq edərək öz daxili siyasi məsələlərini həll etməyə çalışır. Bu ölkənin daxili siyasətində mübarizə nə qədər alovlanırsa, sanksiyalar da o dərəcədə sərtləşdirilir".

Sputnik Azərbaycan"Haber7"yə istinadla xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev deyib.

ABŞ-da keçirilən aralıq seçkilərini dəyərləndirən Medvedev deyib: "Bu, onların daxili məsələsidir, ancaq İran və Rusiyaya qarşı sanksiyalar və ya Avropa və Çinə qarşı məhdudiyyətlər açıq şəkildə daxili siyasi məsələlərin həll edilməsi üçün gündəmə gətirilir".

Medvedev İrana qarşı sanksiyaları tənqid edib: "ABŞ və ya İsrail İranın nüvə sazişini pozmasına dair sübutlar təqdim etmədi, ancaq yenə də İrana qarşı sanksiya qərarı qəbul olundu. Bunun nələrə yol aça biləcəyi məlumdur. Böyük əmək sərf edilərək əldə edilən razılaşmalar sanksiya nəticəsində əndazədən çıxa bilər. Çünki iranlıların səbrinin də həddi var".

Qeyd edək ki, noyabrın 5-dən İrana qarşı yeni sanksiyalar qüvvəyə minib. Yeni sanksiyalar İranın energetika sahəsini – İran neftinin ixracını əhatə edəcək. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir.

İran prezidenti Həsən Ruhani bəyan edib ki, İran ABŞ-ın sanksiyalarını aşacaq və ABŞ-ı "peşiman edəcək". "Birlik və birgə səylərlə biz sanksiyaları aşacağıq, biz ABŞ-ı peşiman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyaları cəlb etməyə davam edəcəyik. Biz iqtisadi çiçəklənmə yolunu bərpa edəcəyik" – deyə Ruhani qeyd edib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...