THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Səudiyyə Ərəbistanı şahzadəsi Donald Trampın bəyanatı ilə razılaşmır

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
283
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 oktyabr 2018 – Newtimes.az

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud ölkəsinin Amerika dəstəyindən asılı olması barədə ABŞ Prezidenti Donald Trampın bəyanatını düzgün hesab etmir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, şahzadə Səudiyyə Ərəbistanının ABŞ-ın köməyi olmadan iki həftədən çox davam gətirə bilməyəcəyi barədə iddiasının düzgün olmadığını deyib.

"Prezident Barak Obama 8 il ərzində Səudiyyə Ərəbistanı və ümumilikdə bütün Yaxın Şərqin əleyhinə fəaliyyət göstərsə də, biz öz maraqlarımızı qoruya bildik", – deyə o bildirib.

Məhəmməd bin Salman Əl Səud, həmçinin təhlükəsizliyinin təmin olunması üçün Trampın krala pul ödəmək tələbini də tənqid edib: "Biz hesab edirik ki, Birləşmiş Ştatlardan aldığımız bütün silahların pulunu ödəmişik, onlar bizə havayı çatmayıb".

Qeyd edək ki, ABŞ 2018-ci maliyyə ilində silah satışına dair ən böyük sazişi Səudiyyə Ərəbistanı ilə bağlayıb. Bu ölkə Birləşmiş Ştatlardan 15 milyard dollar dəyərində THAAD zenit-raket kompleksi alıb.

ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl kral Salman bin Əbdüləziz Al Səudu krallığın müdafiə xərclərini artırmağa çağırmışdı. O, həmçinin ABŞ-ın köməyi olmadan Səudiyyə Ərəbistanının iki həftədən artıq davam gətirə bilməyəcəyini və bunun üçün pul ödəmək lazım gəldiyini bildirmişdi.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...