THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ Vyana Konvensiyasının fakültativ protokolundan çıxıb

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
371
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 oktyabr 2018 – Newtimes.az

ABŞ Mübahisəli məsələlər haqqında Vyana Konvensiyasının fakültativ protokolundan çıxıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

Onun sözlərinə görə, Prezident Donald Tramp bu addımı ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Fələstinin şikayətinə cavab olaraq atıb: "ABŞ ünvanına deyilən yersiz siyasi iddialar qarşısında susmaq niyyətində deyil. ABŞ Vyana Konvensiyasından çıxmağa hazırlaşmır. Biz konvensiyanın bütün iştirakçılarını üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırırıq".

Qeyd edək ki, Vyana Konvensiyası diplomatik hüquq sahəsində beynəlxalq müqavilələrin əsaslarındandır. Bu sənəd Avstriyanın paytaxtı Vyanada 1961-ci il martın 2-dən aprelin 14-dək keçirilən müzakirələr nəticəsində qəbul edilib. Konvensiya 53 maddə də daxil olmaqla iki fakültativ protokoldan ibarətdir.

Protokollardan biri diplomatik nümayəndəliklərin, diplomatların ailə üzvlərinin və onlarla yaşayan insanların vətəndaşlıq əldə etməsi, digəri isə mübahisəli məsələlərin Beynəlxalq Məhkəməyə çıxarılmasını nəzərdə tutur.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...