THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaponiya "Qafqaz təşəbbüsü" proqramı ilə çıxış edib

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
749
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 sentyabr 2018 – Newtimes.az

"Yaponiya Cənubi Qafqaz regionu ilə əməkdaşlığı dərinləşdirmək istəyir".

"Report"un məlumatına görə, bunu Yaponiyanın xarici işlər naziri Taro Kono Tbilisidə gürcü həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Gürcüstana səfərim çərçivəsində Yaponiyanın "Qafqaz təşəbbüsü" proqramı irəli sürüldü. Təşəbbüs iki istiqamətdən ibarətdir. Birinci istiqamət dövlət quruculuğu üçün insan resurslarının inkişafına, ikincisi isə Qafqazın iqtisadi cəhətdən cəlbedici olması üçün dəstəkdən ibarətdir. Bu istiqamətə infrastrukturun inkişafına dəstək və biznes mühitinin yaxşılaşdırılması daxildir", – o deyib.

T.Kano qeyd edib ki, Qafqaz regionunda sabitlik yalnız Gürcüstan və onun qonşuları üçün deyil, bütün dünya ictimaiyyəti üçün də vacibdir: "Qafqaz bölgəsi Asiya, Avropa və Yaxın Şərqi birləşdirir. Qafqazda sabitlik yalnız region üçün vacib məsələ deyil, həmçinin beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyi üçün də önəmlidir".

D.Zalkaliani, öz növbəsində, Yaponiyanın "Qafqaz təşəbbüsü"nü dəstəklədiyini söyləyib: "Tbilisi Tokio ilə əməkdaşlığın yeni mərhələsinə hazırdır. Yaponiyanın regionla bağlı təşəbbüsünü dəstəkləyirik və fəal əməkdaşlığa hazırlığımızı ifadə edirik".

Qeyd edək ki, Yaponiyanın xarici işlər naziri Taro Kono sentyabrın 5-6-da Azərbaycana rəsmi səfər edəcək.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...