THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Milli Məclis Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6605
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 aprel 2018 – Newtimes.az

Aprelin 21-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov aprelin 11-də demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkilərində İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin dövlətimizin başçısının xalqımız qarşısındakı əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin və ona sonsuz inamın ifadəsi olduğunu söyləyib.

Parlament sədri Milli Məclis adından Prezident İlham Əliyevi təbrik edib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyevin andiçmə mərasimini Milli Məclisdə keçirməsi dövlətimizin başçısının parlamentə verdiyi dəyərin və hörmətin göstəricisidir.

Oqtay Əsədovun təklifi ilə Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubunun göndərilməsi qərara alınıb.

Milli Məclisin sədri deyib ki, bugünkü iclasın gündəliyinə bir məsələ daxildir. İclasda "Novruz İsmayıl oğlu Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi'' haqqında məsələyə baxılacaq.

Sonra sədr gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub.

Oqtay Əsədov qeyd edib ki, Novruz Məmmədov bütün fəaliyyəti dövründə özünü yüksək ləyaqətə malik insan kimi təsdiq edib. Novruz Məmmədovun fəaliyyəti hər zaman Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib.

Sonra məsələ ilə bağlı müzakirələr aparılıb.

Çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli aprelin 11-də Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirildiyini bildirib, Prezident İlham Əliyevi parlaq qələbəsi münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülmüş Novruz Məmmədov beynəlxalq arenada ölkəmizin maraqlarını hər zaman müdafiə edən şəxslərdəndir. Diplomatik karyerasında ən yüksək zirvəyə yüksəlmiş Novruz Məmmədov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü kimi də fəaliyyətində böyük uğurlara imza atıb. O, ölkəmizin daxili və xarici siyasəti, dövlətimizin başçısının apardığı iqtisadi və sosial siyasətlə bağlı dərin məzmunlu çıxışların, məqalələrin müəllifidir. Novruz Məmmədov bütün fəaliyyəti dövründə dövlətimizin milli strategiyasına, Ümummilli Liderə, Prezidentə sədaqət nümunəsi göstərib.

Çıxışlarda Baş nazir kimi fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə Milli Məclis adından Artur Rasi-zadəyə də təşəkkür edilib.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.

İclasda çıxış edən Baş nazir Novruz Məmmədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. O deyib ki, Baş nazir vəzifəsi çox çətin, lakin şərəfli vəzifədir. Dövlətimizin başçısı İlham Əliyev ilə birlikdə işləmək çox şərəflidir.

Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir. Azərbaycan ən mürəkkəb geosiyasi məkanda yerləşir. XXI əsrin ikinci onilliyində dünyada gərgin proseslərin getdiyi belə bir vəziyyətdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və uğurlu dinamik inkişafın davam etdirilməsi bizim hər birimizin qarşısında çox böyük vəzifələr qoyur. Biz yüksək səviyyəli inkişafımızı davam etdirməliyik. Bu, çox çətin vəzifədir. Çalışacağam ki, bu məsuliyyətli vəzifəni Azərbaycan Prezidentinin rəhbərliyi ilə, dövlət və hökumət strukturları, eyni zamanda, Milli Məclis ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirim. Çalışacağam ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirək.

Hazırda Azərbaycanın çox yüksək inkişaf mərhələsində olduğunu vurğulayan Baş nazir deyib: ''Mən xarici siyasətlə çox məşğul olduğum üçün beynəlxalq aləmdə dövlətlərlə bağlı mövqeləri yaxşı bilirəm. Azərbaycan fəal iştirakçı və təşkilatçı kimi bu illər ərzində siyasi, enerji, idman, mədəniyyət, multikulturalizm sahələrində dünyanın ən böyük layihələrini uğurla həyata keçirib. Azərbaycan beynəlxalq əməkdaşlığa çox böyük töhfələr verib. Bir neçə ilə Azərbaycan Avrasiyanın ən böyük nəqliyyat qovşağı olacaq. Hindistandan Avropanın şimalına, Şərqdən Qərbə, Avropanın cənubuna qədər bütün ölkələrin ticari, iqtisadi əlaqələrinin qovşağı məhz Azərbaycan olacaq. Bu, həm də Azərbaycanın gələcək inkişafını təmin edir. Mənim qarşımda duran əsas vəzifə Azərbaycanın iqtisadi sahədə bu günə qədər əldə etdiyi uğurların istiqamətlərini daha da konkretləşdirmək, hansı islahatların daha vacib olduğunu, qarşıda bizi nələrin gözlədiyini nəzərə alaraq addımlar atmaqdır. Şübhəsiz ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında dövlət, hökumət strukturları, eləcə də Milli Məclisin üzvləri ilə birlikdə biz bu vəzifələrin öhdəsindən gələcəyik''.

Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan artıq çox böyük layihələr həyata keçirib, siyasət, iqtisadiyyat, enerji, idman, mədəniyyət sahələrində böyük uğurlara imza atıb. Bütün bu işləri təhlil etsək görərik ki, dünyanın heç bir ölkəsi Azərbaycanla müqayisə oluna, ölkəmizlə rəqabət apara bilməz. Azərbaycan beynəlxalq təşkilatlarda çox fəal iştirak edir. Ölkəmiz siyasi, mədəni, idman, sivilizasiyalararası dialoq, multikulturalizm sahələrində mötəbər tədbirlərə ev sahibliyi edir. Azərbaycan 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına 2019-2021-ci illərdə sədrlik edəcək. Azərbaycan Prezidenti daxili və xarici siyasəti, beynəlxalq münasibətlər sahəsini mükəmməl bilən müdrik dövlət xadimidir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, müstəqil Azərbaycan öz tarixində ən möhtəşəm dövrünü yaşayır.

Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onun qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Milli Məclisin sədri Oqtay Əsədov sonda bir daha Novruz Məmmədovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...