THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya bu il yeni kredit üzrə Ermənistana silah satışına başlayacaq

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
368
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 mart 2018 – Newtimes.az

Rusiya yeni müdafiə krediti çərçivəsində bu il Ermənistana 100 milyon dollarlıq silah tədarükünə başlayacaq.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə ArmHiTech-2018 sərgisində Rusiya hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin direktor müavini Vladimir Drojjov bildirib.

Ötən ilin dekabrında Ermənistan prezidenti Serj Sarkisyan 15 illik ödəmə müddəti olan 100 milyon dollarlıq müdafiə krediti üzrə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Bundan başqa, 2015-cu ilin iyun ayında Ermənistana Rusiya istehsalı olan hərbi məhsulların alınmasına dair 200 milyon dollarlıq dövlət ixrac kreditin verilməsi haqqında saziş imzalanıb.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bəyan edib ki, yeni müdafiə krediti çərçivəsində Yerevan Moskvadan "strateji daşındırıcılıq" silahını almaq niyyətindədir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on Saturday in the latest sign that a major...

Davamı...
ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...