THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni silahların satışını təsdiq edib

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
217
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 dekabr 2017 – Newtimes.az

Ukraynanın şərqində hərbi əməliyyatların gücləndiyi bir vaxtda ABŞ Prezidenti Donald Tramp bu ölkəyə daha güclü silahların satışını təsdiq edib.

Bu silahların satışı Ukrayna hökumətinin separatçılara qarşı mübarizədə dəstəklənməsi əlaməti olsa da, Tramp bundan əvvəl tərkibində tank əleyhinə və zenit raketlərinin də olduğu daha güclü silahlardan ibarət zərfin təsdiqi ilə bağlı qərar qəbul etməyib.

AZƏRTAC xəbər verir ki, artıq Milli Təhlükəsizlik Şurası bir neçə ay ərzində Prezidentə daha güclü silah növlərinin zərfə əlavə olunmasını tövsiyə edib.

Dövlət Departamentinin mətbuat katibi Hizer Nauerin bəyanatında deyilir ki, yeni zərf ABŞ silah istehsalçılarının Ukrayna hərbiçilərinə satdığı atıcı və yüngül silahlardan ibarətdir və bu, Birləşmiş Ştatlar hökuməti tərəfindən birbaşa silah satışını və yaxud mübadiləsini ehtiva etmir.

Bildirilir ki, ABŞ Ukrayna hökumətinə bu cür silahlar satmır. Rəsmi Vaşinqton əvvəlki iki administrasiya dövründə Ukrayna üçün ixrac lisenziyalarını təsdiq edib, ona görə də bu məsələdə yeni heç nə yoxdur.

Yeni silah satışı zərfi snayper tüfəngləri, döyüş sursatı və onlar üçün detal və materiallardan ibarətdir. Silahların ümumu dəyəri 41,5 milyon ABŞ dolları təşkil edir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...
Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on...

Davamı...