THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ağ Evdə ABŞ və Türkiyə prezidentlərinin görüşü olub

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
181
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 may 2017 – Newtimes.az

Mayın 16-da ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, iki ölkənin liderlərinin danışıqlarının əsas mövzusu terrorizmə qarşı mübarizədə əməkdaşlıq məsələləri olub. Məlumdur ki, ABŞ ilə Türkiyə bu məsələnin həllinə fərqli yanaşırlar. Belə ki, Vaşinqton Suriya və İraq kürdləri, o cümlədən PYD və YPG kimi qruplaşmalarla əməkdaşlıq edir, Ankara isə bu qruplaşmaları PKK ilə bağlı terrorçu qruplaşmalar hesab edir.

Danışıqlardan sonra dövlət başçıları bəyanatla çıxış ediblər. Prezident Tramp deyib ki, Türkiyə ilə ABŞ "soyuq müharibə" dövründən müttəfiqdirlər. Türkiyə əsgərləri Koreya müharibəsində amerikalı əsgərlərlə çiyin-çiyinə döyüşüblər və ABŞ bunu unutmayıb. Bu yaxınlarda Türkiyədə törədilən terror aktlarına toxunan Donald Tramp vurğulayıb ki, amerikalılar qurbanlara görə kədərlənir, Türkiyə xalqının dərdinə şərikdir. Prezident qeyd edib ki, regionda "İslam dövləti"nə və PKK-ya qarşı mübarizədə Türkiyənin addımlarını yüksək qiymətləndirir. O deyib ki, ABŞ Türkiyənin zorakılığın azaldılması və Suriya böhranının sülh yolu ilə həlli üzrə səylərini alqışlayır.

ABŞ ilə Türkiyə arasında ticarət əlaqələri də müzakirə edilib. Sonda Donald Tramp vurğulayıb ki, ABŞ regionda ümumi təhdidlərə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

Prezident Rəcəb Tayyib Ərdoğan qonaqpərvərliyə görə ABŞ Prezidentinə təşəkkür edərək bildirib ki, ABŞ ilə Türkiyə arasında uzun müddət davam edən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli əməkdaşlığın əsasını təşkil edən məsələlərə dair danışıqlar olub. ABŞ ilə Türkiyə arasında münasibətlər ümumi dəyərlər və maraqlar üzərində qurulub. O vurğulayıb ki, ABŞ ilə Türkiyənin narahat regionda sıx əməkdaşlığı bütün dünyaya örnək olmalıdır. R.T.Ərdoğan bildirib ki, bu səfərin Amerika-Türkiyə münasibətləri üçün tarixi səfər olacağına inanır. Onun ölkəsi iqtisadiyyat, ticarət, qarşılıqlı sərmayə yatırımı, müdafiə sənayesi sahələrində ikitərəfli əlaqələri genişləndirmək niyyətindədir.

Türkiyə Prezidenti regionda vəziyyətin pisləşməsində PYD, YPG və PKK kimi terrorçu təşkilatların pozuculuq fəaliyyətini qeyd edib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...