THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sarkisyan aprel döyüşlərinə görə Müdafiə Nazirliyini dağıdır

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
481
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 oktyabr 2016 – Newtimes.az

Ermənistanın Müdafiə Nazirliyində köklü islahatlar aparılır. Ölkə rəhbəri Serj Sarkisyanın yeni planına əsasən, Müdafiə Nazirliyinin mühüm səlahiyyətləri əlindən alınıb Baş Qərargaha veriləcək.

AzVision.az "Joxovurd'' qəzetinə istinadən xəbər verir ki, Ermənistanın müdafiə nazirinin müavini, Maddi-Texniki Təchizat Departamentinin rəisi Movses Akopyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunmasından sonra Müdafiə Nazirliyinin rəhbərliyində general qalmayıb.

Hazırda Ermənistan müdafiə nazirinin bütün müavinləri – David Tonoyan, Ara Nazaryan və David Paxçanyan mülki şəxslərdir.

Qəzetin məlumatına görə, nazirliyin daxili strukturlarında daha bir neçə yüksək rütbəli hərbçi vəzifəsindən kənarlaşdırılacaq.

Qəzet iddia edir ki, gənc kadrlar bölməsi Baş Qərargahın tabeliyinə köçürüləcək, yaşlılar isə təqaüdə göndəriləcəklər.

Ehtimal olunur ki, Müdafiə Nazirliyi tədricən ordunun inkişaf strategiyasını işləyib hazırlayan, həmçinin maddi təminatı ilə bağlı vəzifələri yerinə yetirən quruma çevriləcək. Hərbi funksiyaları isə Silahlı Qüvvələrin Baş Qərargahı və onun bölmələri yerinə yetirəcək.

Ermənistanın Müdafiə Nazirliyinin dağıdılması aprel döyüşlərindəki sarsıdıcı məğlubiyyətlə əlaqələndirilir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...