THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Hindistan və Pakistan müharibə vəziyyətinə gəlib

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
492
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 sentyabr 2016 – Newtimes.az

Sentyabrın 29-da gecə saatlarında Hindistan silahlı qüvvələri Pakistan ərazisinə hücum edib. APA-nın "lenta.ru" saytına istinadən verdiyi məlumata görə, Pakistan tərəfi qarşı tərəfə artilleriya atəşi açıb. Nəticədə hər iki tərəf onlarla itki verib.

Rəsmi İslamabad Hindistanı açıq təcavüzdə günahlandırıb. Nyu-Dehli isə Pakistanla sərhəddə yerləşən yaşayış məntəqələrindən bütün əhalini təxliyə etməyə, təcili olaraq qoşunlarını yenidən formalaşdırmağa başlayıb. İki nüvə silahı nəhənginin müharibə astanasında olduğu bildirilir.

Sentyabrın 29-da gecə baş vermiş insidentin bəzi təfərrüatları da açıqlanıb. Məlum olub ki, gecə saatlarında Hindistan ordusuna məxsus helikopterlər Kəşmirdə sərhədi beş yerdən keçərək Pakistan ərazisinə desant atıb. Xüsusi təyinatlılar gizli olaraq islamçı döyüşçülərin düşərgələrinə yaxınlaşıblar. İslamçılarla Hindistan xüsusi təyinatlıları arasında qısa döyüş baş verib. Nəticədə "Ceyş-ə-Muhamməd", "Laşkar-əToiba" və "Hizbul-Mucahəddin" qruplaşmalarının 38 döyüşçüsü, eləcə də 9 Pakistan hərbçisi öldürülüb.

Hindistan Müdafiə Nazirliyinin və yerli KİV-in məlumatlarına görə, hərbi əməliyyata baş nazir Narendra Modi şəxsən rəhbərlik edib.

İnsidentdən bir neçə saat sonra Pakistan artilleriyası Hindistanın sərhəd məntəqələrini atəşə tutub. Rəsmi İslamabad 21 hindistanlı əsgərin öldüyü barədə məlumat yayıb.

Pakistanın baş naziri Nəvaz Şərif bu addımın Hindistanın açıq təcavüzünə cavab olduğunu söyləyib: "Hindistan xüsusi təyinatlılarının heç bir xüsusi əməliyyatı olmayıb. Hindistan rəhbərliyi Pakistan blok-postlarını artilleriya atəşinə tutmaq əmri verməklə sadəcə əzələ nümayiş etdirmək qərarı verib".

Hazırda Pakistan-Hindistan sərhədi əvvəlki kimi bağlıdır.

Qeyd edək ki, Pakistanla Hindistan arasında Kəşmir regionuna görə çoxillik münaqişə mövcuddur. Regionda vəziyyət bir neçə ay əvvəl Hindistan xüsusi təyinatlıları "Kəşmir Çe Gevarası" Burxana Vanini öldürəndən sonra gərginləşib.

Vaninin öldürülməsindən sonra İslamabad nümayişkarcasına matəm elan edib, Pakistan millətçiləri isə Kəşmiri azad edəcəklərini bəyan ediblər. Nyu-Dehli isə bu bəyanatı hədə kimi qiymətləndirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...