THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya ''S-300'' əvəzinə İrana ''Anti-2500'' satmaq niyyətindədir

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1371
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 iyun 2013 – Newtimes.az

Rusiya "S-300'' hava hücumundan müdafiə sistemi ilə bağlı İranla yaranmış problemi həll etməyə çalışır. Bu barədə Rusiyada nəşr olunan "Kommersant'' qəzeti yazıb.

Xəbərdə bildirilir ki, rəsmi Kreml Tehranın beynəlxalq məhkəmədəki şikayətini geri götürməsi üçün "S-300''lərin əvəzinə, bu ölkəyə "Anti-2500'' hava hücumundan müdafiə sistemi təklif etmək niyyətindədir.

Məlumatda qeyd olunur ki, bununla bağlı razılığın İran prezidentinin iyulun əvvəllərində Rusiyaya səfəri çərçivəsində əldə ediləcəyi gözlənilir.

Xəbərdə tərəflərin razılığa gələcəkləri təqdirdə, İranın "C-300'' raketləri ilə əlaqədar açdığı iddianı geri çəkəcəyi və Rusiyanın isə silah satıcısı kimi əvvəlki etibarına və puluna qovuşacağı vurğulanır.

Rusiyalı bir mütəxəssis isə ''Anti-2500'' hava hücumundan müdafiə sisteminin əslində "S-300B'' raketlərinin inkişaf etdirilmiş versiyası olduğunu söyləyib.

Qeyd edək ki, İranın hava məkanının müdafiəsi üçün satılması nəzərdə tutulmuş "S-300'' kompleksi 2007-ci ildə imzalanmış müqaviləyə əsasən Tehrana verilməli idi. Ancaq rəsmi Moskva 2010-cu ildə bu sistemi İrana təhvil verməkdən boyun qaçırıb.

Bu səbəbdən İran, dəyəri 4 milyard dollar olan müqavilə yerinə yetirilmədiyinə görə "Rosoboroneksport'' şirkətini beynəlxalq məhkəməyə verib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...