THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Suriyanın dostları" qrupu müxaliflərə dəstəyi razılaşdırıb

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
726
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 iyun 2013 – Newtimes.az

Qətərin paytaxtı Dohada iyunun 21-də "Suriyanın dostları” qrupunun toplantısı keçirilib. Toplantıda Türkiyə, ABŞ, İngiltərə, Fransa, Misir və Səudiyyə Ərəbistanı daxil olmaqla 11 ölkənin xarici işlər nazirləri iştirak ediblər.

Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Qətərin xarici işlər naziri Həməd bin Casim bin Cabir Al Tani suriyalı müxaliflərə hərbi dəstək göstərilməsi məsələsini razılaşdırdıqlarını vurğulayıb.

Həməd bin Casim bin Cabir Al Tani deyib: "Göndərəcəyimiz hər hansı bir hərbi yardım Azad Suriya Ordusunun baş qərargah rəisi Səlim İdrisə veriləcək”.

Nazir Suriyada baş verənlərin qarşısında addım atılmayacağı təqdirdə bütün bölgəni əhatə edən hadisələrin yaşanacağından narahat olduqlarını bildirib.

ABŞ-ın dövlət katibi Con Kerri isə bütün suriyalı tərəflərin birləşə və birlikdə yaşaya biləcəyi bir Suriya arzu etdiklərini vurğulayıb. O, Suriyada məzhəblərarası qarşıdurma istəmədiklərini deyib.

ABŞ Dövlət Departamentinin rəhbərinin sözlərinə görə, ABŞ Suriya probleminin "hərbi yolla həllinin” tərəfdarı deyil, lakin hesab edir ki, müxalifətçiləri danışıqlara cəlb etmək üçün onlara daha ciddi dəstək vermək lazımdır.

Bu ərəfədə BMT-nin Suriyada insan haqlarının pozulmasının təhqiqatı komissiyasının başçısı Paulu Serjiu bildirib ki, Suriya qiyamçılarının arasında "yaxşı döyüşçüləri” seçməklə onlara silah vermək olmaz. Onun sözlərinə görə, bu cür ayrı-seçkilik aparmaq düzgün deyil.

BMT komissiyasının başçısı xəbərdar edib ki, "yaxşı” adlandırılacaq yaraqlılara silah verilməsi münaqişənin nizamlanmasına gətirib çıxarmayacaq. O deyib: "Onlara verilən bu silah yalnız zorakılıq və hərbi cinayətlərin çoxalması ilə nəticələnəcək”.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...