THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İsveçrə banklarına sanksiya tətbiq edilə bilər

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
496
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 iyun 2013 – Newtimes.az

İsveçrə parlamentinin aşağı palatası ABŞ-ın bu ölkə banklarının müştəriləri barədə məlumat verməsinə dair öhdəliklə bağlı təqdim etdiyi qanun layihəsinin müzakirəsindən imtina edib. Bu barədə xarici informasiya vasitələri məlumat yayıb. Məlumata görə, bununla da qanunun qəbulu mümkünsüz olub. Çünki parlament iki gündən sonra yay tətilinə çıxır.

Mütəxəssislərin qənaətincə, bu qərar ölkənin bank sisteminə ciddi təsir göstərə bilər. Belə ki, bu ilin yanvarında İsveçrənin qədim banklarından biri "Wegelin and Co” ABŞ hakimiyyəti tərəfindən 57 milyon dollar cərimə ödədikdən sonra bağlanıb. Məhkəmədə amerikalı müştərilərin on milyonlarla dollar vergidən yayınmasına bankın yardım etdiyi etiraf olunub.

ABŞ vergi orqanlarından yayınan vətəndaşlarının bank hesablarının açıqlanmasını İsveçrənin maliyyə qurumlarından tələb edir. Cari ilin iyulunda müvafiq qanun qəbul edilməzsə, o zaman İsveçrə banklarına ABŞ təfərfindən sanksiya tətbiq edəcəyi bildirilib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...