THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Böyük səkkizlər"in sammiti başlayıb

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
800
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 iyun 2013 – Newtimes.az

Şimali İrlandiyanın Lough Erne turizm zonasında "Böyük səkkizlər”in (G8) 39-cu zirvə toplantısı başlayıb. Böyük Britaniyanın baş naziri Devid Kemeron toplantını açaraq əsas müzakirə mövzularının ticarət, vergilər, şəffaflıq və aktual beynəlxalq problemlər olacağını deyib.

Liderlər dünya iqtisadiyyatının, maliyyə və fond bazarlarının mövcud durumunu müzakirə edəcək, həm milli, həm də dünya bazarlarının bundan sonrakı inkişafına dair fikir mübadiləsi aparacaqlar. Daha sonra Suriya böhranına həsr olunmuş ayrıca iclas keçiriləcək.

Sammitin ikinci günü beynəlxalq terrorçuluqla bağlı məsələnin müzakirəsi ilə başlayacaq, sonra dünya vergi sisteminin islahatı barədə müzakirə aparılacaq.

Sammit çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun daha öncə söylədiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatının qəbulu da gözlənilir.

Qeyd edək ki, G8-ə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Kanada, İtaliya və Yaponiya daxildir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...