
Bakı, 31 may 2013 – Newtimes.az
Böyük Britaniyada hərbi qulluqçunun qətli ilə bağlı aqressiv islamofobiya dalğası baş qaldırıb. "The Independent" qəzetinin verdiyi xəbərə görə, son həftə ərzində ölkədə müsəlmanlara qarşı azı 193 təcavüz halı qeydə alınıb. On məscidə hücum edilib.
Son 12 ay ərzində Birləşmiş Krallıqda 642 antiislam nümayişi keçirilib. Ən ciddi insident ötən şənbə Linkolnşir qraflığında baş verib. Naməlum şəxslər yerli məscidə içərisində yandırıcı maddə olan bir neçə butulka atıblar. Bu cinayəti törətməkdə şübhəli bilinən 2 yerli sakin saxlanıb.
Paytaxt Londonda və digər şəhərlərdə gərginliyi ultrasağçı İngiltərənin Müdafiəsi Liqası təşkilatının keçirdiyi kütləvi etiraz yürüşləri daha da qızışdırır. Bu təşkilat ölkənin islamlaşdırılmasına qarşı çıxış edir.
Xatırladaq ki, ötən həftə Londonun Vuliç rayonunda 2 nigeriyalı britaniyalı hərbi qulluqçu Li Riqbini bıçaqla qətlə yetirib. Cinayətkarlar qətlin şahidlərinə bildiriblər ki, Riqbi İraqda və Əfqanıstanda müsəlmanlarla döyüşdüyünə görə öldürülüb. Hadisə yerinə gələn polislər nigeriyalıları yaralayıblar. Hazırda onlar xəstəxanada müalicə olunur.
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...