THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Putin Ukrayna ilə münasibətlər haqqında məqalə yazıb

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
39266
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 iyul 2021 – Newtimes.az

Vladimir Putin rusların və ukraynalıların tarixi birliyinə həsr olunmuş məqalə yazıb.

APA-nın xəbərinə görə, "Rusların və ukraynalıların tarixi birliyi haqqında'' məqalə Kremlin saytında yerləşdirilib.

Vladimir Putin son ənənəvi illik mətbuat konfransında Rusiya və Ukrayna haqqında mövcud vəziyyətə münasibətini ifadə edən analitik məqalə yazacağını bildirmişdi.

O məqaləsində rusları və ukraynalıları vahid xalq hesab etdiyini vurğulayıb.

"Vurğulamaq istəyirəm ki, son illərdə Rusiya ilə Ukrayna, əslində ortaq tarixi və mənəvi məkanın hissələri arasında divar yaranmasını faciə kimi qəbul edirəm.

Bu, müxtəlif dövrlərdə etdiyimiz səhvlərimizin nəticəsi olmaqla yanaşı, həm də daim bizim birliyimizi pozmağa çalışan qüvvələrin məqsədyönlü işinin nəticəsidir. İstifadə olunan tarixi düstur məlumdur: parçala, hökm et. Ortada yeni bir şey yoxdur. Milli məsələ ilə oynamaq, insanlar arasında nifaq salmaq cəhdləri də buradan gəlir. Əsas vəzifə vahid xalqı bölmək, sonra isə üz-üzə qoymaqdır", – deyə Putin məqaləsində qeyd edir.

V.Putin yazır ki, Rusiya Ukraynanın müstəqil ölkə olması üçün çox iş görüb.

O, Ukrayna və Rusiyanın əsrlərlə vahid iqtisadi sistem kimi inkişaf etdiyinə diqqət çəkib, 30 il əvvələ qədər mövcud olmuş bu kooperasiyaya Avropa İttifaqının belə həsəd apara biləcəyini vurğulayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...