
Bakı, 12 iyun 2021 – Newtimes.az
"Bayden administrasiyası Türkiyəyə qarşı yeni "yol xəritəsi" hazırlamalıdır. Türkiyə "soyuq müharibə" zamanı olduğu kimi Qərbin sadiq tərəfdarı deyil, amma yenə də önəmli müttəfiqdir".
Bizim.Media xəbər verir ki, ABŞ-ın "Wall Street Journal" nəşrinin "Bura babalarınızın Türkiyəsi deyil" başlıqlı məqaləsində belə qeyd edilib.
ABŞ-Türkiyə münasibətlərindən bəhs edən yazıda bu əlaqələrin qarışıq hala gəldiyi vurğulanıb.
Yazıda qeyd edilir ki, Vaşinqton yeni müttəfiqlik xəritəsinin necə olacağını hələ müəyyən etməyib.
"Türkiyə ABŞ-a digər NATO üzvlərindən daha çox problemlər yaradır. Türkiyə Prezidentinə yaxın dairələr 2016-cı ildə hərbi çevriliş cəhdinin arxasında ABŞ-ın olduğuna inanır". Müəllifin fikrincə, Ankaranın xarici siyasəti daha müstəqil hala gəlib: "Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin atacağı addımları proqnozlaşdırmaq çətinləşib. Çünki Türkiyə dövləti gözlənilməz addımlar atır".
Müəllif qeyd edir ki, Vaşinqton Türkiyənin Hollandiya, Norveç və İspaniya kimi davranmasını gözləyərsə, nəticə hər iki tərəfi məyus edəcək.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...