
Bakı, 14 iyun 2021 – Newtimes.az
"Şimali Atlantika Alyansı (NATO) Rusiyanın konstruktiv tərəfdaş olaraq təyin olunduğu strateji konsepsiyasını yeniləyəcək".
"Report" xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, son strateji konsepsiya 2010-cu ildə yenilənib: "Digər şeylər arasında Rusiya konstruktiv tərəfdaş olaraq təyin edilib və Çindən ümumiyyətlə danışılmır. Artıq bu, yeni reallıqlarla uzlaşmır. Beləliklə, NATO-nun strateji konsepsiyasını yeniləməyin vaxtı gəlib".
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...