THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcüstan siyasətində sular durulur

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9104
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 aprel 2021 – Newtimes.az

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası müxalifətlə danışıqlarda vasitəçilik etmiş Avropa Şurası prezidentinin nümayəndəsi Kristian Danielsonun hazırladığı sənədi imzalayacaq.

"Report''un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sənədə imza bu gün ictimaiyyət qarşısında atılacaq.

Spiker deyib ki, sənəddə növbədənkənar seçkilərlə bağlı heç bir bənd yoxdur və bu da parlamentin legitimliyini bir daha sübut edir.

Qeyd edək ki, sənəd martın 31-də dərc olunub. "Gürcüstanın gələcək yolu'' adlı sənəddə bildirilib ki, müxalifət növbəti seçkilərə qədər parlamentdə fəaliyyət göstərməyə razılaşacaq. İmzalanmadan bir həftə sonra 2019-cu ilin 19-21 iyun hadisələri zamanı həbs olunanların azadlığa buraxılmasını nəzərdə tutan amnistiya qanunu ilə bağlı təşəbbüs qaldırılacaq. Siyasi böhrandan çıxış məqsədilə hazırlanan razılaşmaya seçki və məhkəmə islahatları, parlamentdə hakimiyyət bölgüsü və bu ilin oktyabrında keçiriləcək yerli seçkilərlə bağlı təkliflər də daxil edilib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...