THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Brexit" şərtlərinin yerinə yetirilməməsinə dair hüquqi proses başlandı

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2130
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 mart 2021 – Newtimes.az

Avropa Komissiyası (AK) "Brexit'' şərtlərini yerinə yetirməməsinə görə Böyük Britaniya barəsində hüquqi tədbirə başlayıb.

"Report'' "Reuters''ə istinadən xəbər verir ki, bu tədbir rəsmi Londonun Şimali İrlandiya ticarət düzənini birtərəfli şəkildə dəyişdirməsilə bağlı tətbiq olunur.

AK-nın qurumlararası əlaqələr üzrə vitse-prezidenti Maroş Şevçoviç də britaniyalı həmkarı David Frosta həmin addımdan daşınmaları üçün məktub göndərib.

Bu ay Böyük Britaniya hökuməti Şimali İrlandiyaya ərzaq idxalına dair bəzi nəzarət tədbirlərində güzəşt müddətini birtərəfli olaraq martın sonundan oktyabrın 1-dək uzatmışdı.

"Avropa Komissiyası protokolun İrlandiyaya və Şimali İrlandiyaya dair əsas müddəalarını pozduğuna görə Birləşmiş Krallığa rəsmi bildiriş göndərib'', – AK-nın açıqlamasında bildirilir.

Həmçinin Böyük Britaniyanın dürüstlük öhdəliyini də pozduğu qeyd olunur.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...