
Bakı, 10 mart 2021 – Newtimes.az
Ötən gün NATO gəmiləri Odessa limanına daxil olublar. Qeyd edilməlidir ki, bu, alyans gəmilərinin Odessaya ilk gəlişidir.
Bu barədə rus mətbuatı məlumat yayımlayıb.
Verilən məlumata görə, flaqman, Türkiyənin təlim gəmisi "A577 TCG Sokullu Mehmet Paşa" da daxil olmaqla alyansın gəmiləri dəniz limanına yan almağa başlayıblar.
Qeyd edək ki, limana yan alan Türkiyənin təlim gəmisi ilə yanaşı, İspaniyanın "TSPS Tajo" və Rumıniya "ROS Lt Lupu Dinescu" gəmiləri də var. Bu, NATO gəmilərinin bu il Odessaya ilk gəlişidir.
Xatırladaq ki, ABŞ Altıncı Donanması, Su-24 bombardmançısının Qara dənizə girən Amerikanın "Donald Cook" gəmisi yaxınlığında uçduğu videosunu göstərmışdi.
Qeyd edək ki, hərbçilər ABŞ-ın "NATO tərəfdaşlarının təhlükəsizliyini və bölgədəki sabitliyi təmin etmək'' üçün daim Qara dənizdə çalışacaqlarını vurğulayıblar.
Yeri gəlmişkən, bildirək ki, bu ərəfədə Qara dəniz donanmasının keçmiş qərargah rəisi, vitse-admiral Pyotr Svyataşov, Qara dənizdəki "təxribatlara" görə ABŞ-a "dişlərini göstərməyin'' vaxtı çatdığını bildirib.
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.
Davamı...