THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyədə "Akkuyu" AES-in üçüncü reaktorunun təməlqoyma mərasimi keçirilib

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1564
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 mart 2021 – Newtimes.az

Martın 10-da Türkiyənin ən böyük investisiya layihələri arasında yer alan "Akkuyu'' Nüvə Elektrik Stansiyasının üçüncü reaktorunun təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsilə iştirak ediblər.

Bu stansiyanı Türkiyə-Rusiya əməkdaşlığının rəmzlərindən biri adlandıran Vladimir Putin "Akkuyu'' AES-in ümumilikdə dörd blokdan ibarət olacağını və 2023-cü ildə Türkiyə Respublikasının yaranmasının 100 illiyində istifadəyə veriləcəyini bildirib. Qeyd edilib ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranan bəzi çətinliklərə baxmayaraq, stansiyanın tikintisində gecikmələr olmayıb. Layihənin ərsəyə gəlməsində iştirak edən bütün heyət üzvlərinin təhlükəsizliyi üçün hər cür tədbir görülüb və hazırda işçi sayı səkkiz min nəfərə çatdırılıb.

Türkiyədə ilk atom elektrik stansiyası olan "Akkuyu''nun dördüncü reaktorunun təməlinin gələn il qoyulacağını bildirən Rəcəb Tayyib Ərdoğan bununla da ölkəsinin enerji baxımından gələcəyinin təminat altına alınacağını vurğulayıb. "Akkuyu'' AES illik 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edərək Türkiyənin tələbatının təxminən 10 faizini ödəyəcək. Stansiyanın ilk reaktorunun 2023-cü ildə işə salınması planlaşdırılır.

Türkiyə-Rusiya əməkdaşlığının bütün sahələr üzrə inkişaf etdiyini vurğulayan Prezident Ərdoğan qeyd edib ki, başda Qarabağ və Suriya məsələləri olmaqla, iki ölkə arasında dialoq öz bəhrəsini verib.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında 2010-cu ilin mayında imzalanan anlaşmaya əsasən Mersin vilayətinin Böyükeceli bölgəsində inşası davam edən stansiyanın ilk reaktorunun təməli 2018-ci il aprelin 3-də qoyulub. İkinci reaktorun tikintisinə isə ötən ilin aprelində başlanılıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...