THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Almaniya ABŞ-ı Avropa İttifaqının suverenliyinə hörmət etməyə çağırıb

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7439
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 noyabr 2020 – Newtimes.az

Alman İqtisadiyyatının Şərq Komitəsinin rəhbəri Oliver Hermes ABŞ-ı Avropa İttifaqının (Aİ) suverenliyinə hörmət etməyə çağırıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadın verdiyi məlumata görə, siyasətçi ABŞ-ın "Şimal axını-2" qaz kəmərinin tikintisi layihəsi ilə bağlı Avropa ölkələrinə qarşı sanksiya təhdidini qiymətləndirib. O, ABŞ hakimiyyətini Avropa suverenliyinə hörmət göstərməyə, Almaniya və Avropa hökumətləri ilə geniş əməkdaşlığa qayıtmağa çağırıb.

"Müttəfiqlər arasında belə bir yanaşma tamamilə istisna edilir", – O.Hermes qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın Avropa qaz layihəsi iştirakçılarına tətbiq edə biləcəyi sanksiyalar beynəlxalq hüquqa qəbuledilməz müdaxilədir.

Qeyd edək ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...