
Bakı, 20 noyabr 2020 – Newtimes.az
Avropa İttifaqının (Aİ) yeni hərbi doktrinası – "Aİ-nin strateji kompası" hazırlanır.
APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel "Twitter"də bildirib.
"Bu gün Aİ-yə üzv ölkələrin müdafiə nazirləri Aİ-nin daha necə güclü təhlükəsizlik təminatçısı ola biləcəyini müzakirə edirlər. "Strateji kompas" bu məqsədə çatmaq üçün əsas elementdir", – deyə Cozep Borrel qeyd edib.
Qeyd edək ki, daha öncə Brüsseldəki diplomatik mənbə jurnalistlərə bildirib ki, təşkilat "Aİ-nin strateji kompası'' adlanan strateji konsepsiyasının üzərində işləyir.
Xatırladaq ki, bu gün Aİ müdafiə nazirlərinin videokonfransı keçirilir və bu konsepsiya orada müzakirə olunur.
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir
Davamı...