THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Makronun təklifi havada qaldı, Livanda hökumət qurulmadı

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2944
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 sentyabr 2020 – Newtimes.az

"Fransa hakimiyyəti Livanda nəzərdə tutulan müddətə, sentyabrın ortalarınadək hökumətin formalaşdırılmamasından təəssüflənir".

"Report" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

"Ancaq hələ gec deyil. Biz təyin olunan baş nazir Mustafa Adibi ölkəni ağır böhrandan çıxarmaq üçün hökuməti formalaşdırmağa çağırırıq. Biz hadisələrin gedişini izləyir, Livanın siyasi liderləri ilə təmasda hökumətin formalaşmasının vacibliyini vurğulayırıq", – Fransa prezidenti sarayının mətbuat xidməti məlumat yayıb.

Avqustun 4-də Livanın paytaxtı Beyrutdakı partlayışdan sonra Emmanuel Makron bu ölkəyə iki dəfə səfər edib. Onun iki başlıca hədəfi olub: livanlılar arasında koordinasiyaya yardım və yaranmış siyasi böhrandan çıxış.

Yeni təyin olunan baş nazir Mustafa Adibi ölkənin bütün siyasi qüvvələr dəstəkləmişdi. Bununla belə, hökumətin formalaşdırılması üçün məsləhətləşmə iki həftədən artıqdır sürür.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...