
Bakı, 14 noyabr 2019 – Newtimes.az
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk bəyan edib ki, Rusiya Avropanın strateji tərəfdaşı deyil.
"Report'' RİA "Novosti''yə istinadən xəbər verir ki, bu barədə ''Financial Times'' yazıb.
"Mən demək olar ki, hər həftə Aİ-nin digər rəhbərlərinə Rusiyanın bizim strateji tərəfdaşımız olmadığını, strateji problemimiz olduğunu açıq şəkildə xatırlatmalı olurdum. Hətta bu mövzuya çox diqqət etdiyim üçün məni manyak adlandırırdılar''.
Onun sözlərinə görə, Avropa Şurasının rəhbəri kimi əsas məqsədlərindən biri Kremlin təcavüzkar siyasətinin qarşısını almaqla Avropa İttifaqını qorumaq idi.
Rusiyaya qarşı sərt mövqeyin doğru olduğunu söyləyən Tusk bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyin faydalarından danışıb.
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...