THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqının xarici siyasətinin əsas istiqamətləri açıqlanıb

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1290
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 oktyabr 2019 – Newtimes.az

Avropa İttifaqı (Aİ) Rusiya davranışını dəyişdirənədək bu ölkəyə qarşı məhdudlaşdırıcı tədbirləri qüvvədə saxlamalıdır.

"Report'' TASS-a istinadən xəbər verir ki, bu barədə noyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Avropa Parlamentinin iclasındakı nitqi zamanı bildirib.

Diplomat ABŞ ilə münasibətləri yenidən qurmağı, habelə Ukraynanı dəstəkləməyi Aİ-nin əsas xarici siyasəti olduğunu bildirib.

''Əvvəla, Balkanların qərbindəki ölkələrdə islahatlar və inteqrasiya proseslərilə, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməklə, cənub sərhədlərimizdəki təhdidlərlə məşğul olacağımı, Afrika və Asiya ölkələrilə yeni əhatəli strateji əməkdaşlığı və ABŞ ilə əməkdaşlığımızı inkişaf etdirəcəyimi, trans-Atlantik münasibətlərimizi yenidən qurmağa çalışacağımı bildirməyimə icazə istəyirəm'', – deyən J.Borrel Aİ üçün başlıca məsələnin bu birliyi qoruyub saxlamaq olduğunu diqqətə çatdırıb.

Yeni vəzifədə ilk səfərinin Kosovoya olacağını açıqlayan diplomat bu bölgə ilə Serbiya arasında razılığın əldə olunmasını öncül vəzifə olaraq gördüklərini dilə gətirib.

Xatırladaq ki, Jozep Borrel Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsində italiyalı diplomat Federika Moqerinini əvəz edəcək.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...