THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Fransa Prezidenti: Dünyada Qərbin hegemonluğu başa çatır

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1587
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 avqust 2019 – Newtimes.az

Dünyada baş verən coğrafi-siyasi dəyişikliklər səbəbindən Qərbin hegemonluğu başa çatır. Bu fikri Fransa Prezidenti Emmanuel Makron respublikanın səfirləri ilə keçirdiyi müşavirədə səsləndirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, E.Makron deyib: "Biz dünyada Qərbin hegemonluğunun başa çatdığını görürük. Şərait dəyişir. Bu, ilk növbədə, yeni dövlətlərin mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Çin ilk sıraya çıxıb, Rusiya isə öz strategiyasında böyük uğur qazanır".

E.Makron əlavə edib ki, Fransa üçün Rusiya ilə münasibətlərə yenidən baxmaq və daha güclü əlaqələr qurmaq zəruridir. "Biz Avropada yerləşirik, əgər Rusiya ilə yeni münasibətlər yaratmasaq, onda gərginlik, "dondurulmuş" münaqişələr və "soyuq müharibə"nin nəticələri ilə üz-üzə qala bilərik. Gündəlik olaraq bu istiqamətdə addımlar atılmalıdır", deyə Fransa Prezidenti vurğulayıb. O qeyd edib ki, Rusiyanın iştirakı olmadan Avropada etimad mühitinin və təhlükəsizliyin olduğu yeni arxitektura qurmaq mümkün deyil.

Fransa Prezidenti diqqətə çatdırıb ki, ölkəsinin Xarici İşlər və Silahlı Qüvvələr nazirliklərinin nümayəndələri bir neçə gündən sonra Moskvada danışıqlara başlayacaqlar.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...