THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Makron: "Sarı jiletlilər" Fransanı məhv etmək istəyir"

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
518
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 mart 2019 – Newtimes.az

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, etirazçılar ölkəni məhv etmək istəyirlər.

"Report"un məlumatına görə, bu barədə dövlət başçısı "Twitter"dəki səhifəsində yazıb.

"Bu gün (dünən-red) Yelisey çöllərində baş verənlər artıq nümayiş adlanmır. Bu insanlar respublikanı məhv etmək istəyirlər", – deyə o "Twitter"də yazıb.

Onun sözlərinə görə, hazırda hökumətin əsas vəzifəsi vəziyyətin daha da pisləşməməsi üçün zəruri olanı etməkdir.

Qeyd edək ki, Fransadakı etirazlar zamanı paytaxtın əsas küçəsi ziyan çəkib. "Sarı jiletlilər" aksiyasının iştirakçıları bahalı vitrinləri dağıdıblar və üç qəzet köşkünü, həmçinin məşhur fransız restoranını yandırıblar.

Bəzi məlumatlara görə, 18-ci etiraz aksiyasında 30 mindən çox insan iştirak edib.

"Sarı jiletlilər"in son aksiyasında 60 nəfər xəsarət alıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...