THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Aİ-ABŞ danışıqları baş tutmayıb

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1593
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 fevral 2019 – Newtimes.az

Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin ticarət nazirləri Vaşinqtonla qarşılıqlı ticarət şərtlərinin sadələşdirilməsinə dair danışıqların başlanması barədə razılığa gələ bilməyiblər.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqında istehsal edilmiş avtomobillərə görə cərimə tətbiq ediləcəyi barədə hədə-qorxulara baxmayaraq, 2019-cu ilin mart ayına qədər (o vaxt Aİ-nin sammiti keçiriləcək) yeni danışıqlar aparılmayacaq.

Aİ-nin ticarət məsələləri üzrə komissarı Sesiliya Malmström danışıqların baş tutmaması faktına münasibətini bu şəkildə bildirib: "Aİ üzvü olan bəzi ölkələr daxili məsləhətləşmələr aparmalıdırlar, bunun üçün onlara əlavə vaxt lazımdır".

Müşahidəçilər ABŞ ilə ticarət sazişinə dair danışıqların uğursuz nəticəsinin səbəbi kimi Fransa, Belçika, İspaniya, İtaliya və Lüksemburqun inadkar mövqe tutmasını göstərirlər.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...