THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Hərbçilərimiz Suriya və İraqdan çıxmayacaq – Fransa Prezidenti

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
484
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 yanvar 2019 – Newtimes.az

Fransa Prezidenti Emmanuel Makron 2019-cu ildə ölkəsinin Suriya və İraqda hərbi mövcudluğunu davam etdirəcəyini bildirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Makron Tuluza şəhərində hərbi bazaya səfər edib, orada Suriya ilə bağlı açıqlamalar verib.

Makron, eyni zamanda, sosial şəbəkədə yerləşdirdiyi məlumatda Suriyanın Menbiç şəhərində Birləşmiş Ştatlar hərbçilərinə qarşı həyata keçirilən terror hücumunu da qınayıb.

Qeyd edək ki, yanvarın 16-sı Suriyanın Menbiç şəhərində restoranlardan birində güclü partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

Partlayış nəticəsində 5 ABŞ hərbçisi ölüb. İnsident zamanı restoranda 15 ABŞ hərbçisinin olduğu bildirilir.

Qeyd edək ki, Menbiç ABŞ-ın aktiv dəstək verdiyi PKK terror təşkilatının nəzarətindədir. Restorandakı partlayışı İŞİD terror qruplaşmasnın üzvünün törətdiyi bildirilir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!
23 yanvar 2019 Lragir.am

Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!

"Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər''

Davamı...
"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...