THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Böyük Britaniya hökuməti "Brexit" üzrə müqavilənin mətnini razılaşdırıb

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2626
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 noyabr 2018 – Newtimes.az

Böyük Britaniya hökuməti Brüssellə "Brexit"in şərtləri üzrə müqavilənin mətnini razılaşdırıb və Avropa İttifaqından cavab gözləyir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Nazirlər Kabinetindən məlumat verilib.

"Bəzi kiçik məsələlər qalır. Qalan problemlər Brüssellə bağlıdır", – deyə Böyük Britaniya Baş naziri Tereza Meyin nümayəndəsi jurnalistlərə bildirib. O qeyd edib ki, "Brexit" üzrə danışıqlar dünən Brüsseldə gecə saatlarına qədər davam edib və bu gün səhərdən bərpa edilib.

Nümayəndənin sözlərinə görə, Baş nazir həmçinin hökumətə danışıqlar prosesinin yaxşı getdiyini və tərəflərin irəliləyiş nümayiş etdirdiklərini bildirib.

Daha əvvəl Baş nazirin dəftərxanasının rəhbəri Devid Lidinqton jurnalistlərə açıqlamasında ən qısa zamanda – 24 və ya 48 saat ərzində müqavilənin imzalanmasının gözlənildiyini söyləyib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...