THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Çexiya Prezidenti qaraçılarla bağlı vəziyyəti gərginləşdirir

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1297
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 oktyabr 2018 – Newtimes.az

Çexiyanın qaraçı icmasının üzvləri Prezident Miloş Zemanın qaraçıların tüfeyli həyat sürməsi haqqında bəyanatına cavab olaraq Facebook sosial şəbəkəsində aksiya təşkil ediblər: onlar öz iş yerlərindən çəkilmiş fotoşəkilləri paylaşıblar. Lakin Prezident Zeman bu aksiyadan sonra da öz bəyanatını geri götürməyib.

Ölkə başçısı vurğulayıb: "Belə adlandırılan sosial istisna rayonlarına səfərlərim nəticəsində mən bu nəticəyə gəldim ki, həmin regionlardakı qaraçıların 90 faizi işləmir. Bunu mənə həmin regionlardakı yerli administrasiyanın rəhbərləri və başqa nümayəndələri də bildirirdilər. Şadam ki, qalan 10 faizdən fotoşəkillər almışam və buna görə onlara təşəkkür edirəm".

AZƏRTAC xəbər verir ki, Miloş Zeman bir qədər əvvəl Olomouts diyarına səfər edib. Prezident həmin səfər zamanı görüşlərində demişdi ki, sosializm illərində "qaraçılar işləməli idilər; onlar əsasən qazmaçı işləyirdilər, bu işdən imtina edənlər isə tüfeyli hesab edilir və barmaqlıq arxasına düşürdülər".

Çexiya başçısının bu sözləri qaraçı təşkilatlarını və hüquq müdafiəçilərini hiddətləndirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...
Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
16 mart 2019 Коммерсантъ

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi

Salome Zurabişvili Qarabağ məsələsində Azərbaycanı dəstəklədi.

Davamı...