
Bakı, 5 oktyabr 2018 – Newtimes.az
BMT hələ də ədaləti təmin etmək iqtidarında deyil.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TRT World Forum"un bağlanış mərasimində deyib.
T.Ərdoğan vurğulayıb ki, Ümumdünya Təşkilatının ciddi islahatlara ehtiyacı var: "Yeddi qitənin təmsil olunduğu BMT TŞ – biz buna nail olmalıyıq. BMT TŞ-nin beş daimi üzvdən formalaşması İkinci dünya müharibəsinin nəticələrindən irəli gəlirdi. Bu gün biz başqa şəraitdə yaşayırıq, dəyişikliklərin vaxtı gəlib".
Türkiyənin Avropa İttifaqına üzvlülüyü məsələsini şərh edərkən T.Ərdoğan Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı ölkədə referendum keçirilməsinin mümkünlüyünü bildirib: "Biz bu məsələni müzakirə edəcəyik, əgər "hə" qərarı qəbul edilərsə, biz dərhal addımlar atacağıq".
Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!
"Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər''
Davamı...