THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Donald Tusk Avropa İttifaqının fövqəladə sammitini keçirməyə çağırıb

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1249
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 sentyabr 2018 – Newtimes.az

Avropa İttifaqı Ərəb Dövlətləri Liqası ilə birgə miqrasiya məsələləri üzrə fövqəladə sammit keçirməlidir.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Donald Tusk bu fikrini Avstriyanın Zalsburq şəhərində Avropa İttifaqının sammitinin başlanmasından əvvəl bildirib.

Onun fikrincə, yüksək səviyyəli bu görüş 2019-cu ilin fevralında Misirdə keçirilə bilər. Tusk müvafiq təkliflə Zalsburqda çıxış etmək niyyətindədir.

Avropa İttifaqı Şurasının sədri deyib: "Aqressiv ritorikaya baxmayaraq, vəziyyət düzgün istiqamətdə dəyişir". Onun sözlərinə görə, 2015-ci ildə Avropa Birliyində qeyri-leqal miqrantların sayı 2 milyon idisə, bu il müvafiq rəqəm 100 min azdır. Tusk bildirib ki, bu vəziyyət Avropa İttifaqının xarici sərhədlərinin qorunmasına və Aİ hüdudlarından kənardakı dövlətlərlə əməkdaşlığa yönəlmiş siyasətlə bağlıdır.

Tusk Aİ ölkələrini qarşılıqlı ittihamlara son qoymağa və miqrasiya məsələlərinin həllində konstruktiv əməkdaşlığa çağırıb.

Avropa İttifaqı Şurasının sədri vurğulayıb: ölkələri "miqrasiya problemini həll etmək istəyənlərə və bu problemdən siyasi məqsədlər üçün istifadə etmək niyyətində olanlara bölmək yolverilməzdir".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...
Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
16 mart 2019 Коммерсантъ

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi

Salome Zurabişvili Qarabağ məsələsində Azərbaycanı dəstəklədi.

Davamı...