THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Viktor Orban və Avropa Parlamenti: qarşıdurma dərinləşir

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2079
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 sentyabr 2018 – Newtimes.az

Macarıstanın Baş naziri Avropa Parlamentinin (AP) ünvanına kəskin iradlarını bildirib. O bəyan edib ki, AP-nin Vətəndaş Azadlıqları Komitəsinin məruzəsində Budapeştin hərəkətlərinin tənqid edilməsi onun ölkəsinin heysiyyətinə toxunur. Viktor Orban sentyabrın 11-də Strasburqda Avropa parlamenti nümayəndələrinin qarşısında çıxışında göstərib ki, Avropa öz sərhədlərini müdafiə edən ölkələri təqsirləndirmək istəyir.

AZƏRTACxəbər verir ki, Baş nazir vurğulayıb: "Macarıstan bundan sonra da öz sərhədlərinin qoruyacaq, qeyri-leqal miqrantları dayandıracaq və öz hüquqlarını, lazım gəlsə sizdən də müdafiə edəcək".

Orbanın bu cür sərt çıxışına səbəb sentyabrın 12-də Avropa Parlamentində AP-nin Vətəndaş Azadlıqları komitəsinin məruzəsi üzrə səsvermə təyin edilməsidir. Məruzənin müəllifi – "yaşıllar" fraksiyasından deputat Cudit Sargentini Budapeşti miqrasiya sahəsində Avropa siyasətinə əməl etməməkdə, azlıqların hüquqlarını pozmaqda, "demokratiyaya, hüquqi dövlət normalarına və əsas hüquqlara sistematik təhdid törətməkdə" ittiham edib. Avropa Parlamentinin bir sıra başqa komitələrinin nümayəndələri və Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans da Macarıstan hökumətindən narazılıqlarını bildiriblər.

Orban bu nitqi ilə vəziyyətin nizamlanması üçün bütün imkanları heçə endirib. dpa agentliyi qeyd edir ki, məruzə müəllifi Macarıstana münasibətdə fundamental dəyərlərə təhdidin qarşısını almaq üçün Avropa İttifaqı haqqında müqavilənin 1-ci paraqrafının 7-ci maddəsi üzrə prosedur həyata keçirilməsini təklif edir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...
Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
16 mart 2019 Коммерсантъ

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi

Salome Zurabişvili Qarabağ məsələsində Azərbaycanı dəstəklədi.

Davamı...