THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kataloniya lideri müstəqillik elanından vaz keçib

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
243
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 oktyabr 2017 – Newtimes.az

Kataloniya lideri Karles Puçdemon bu muxtar bölgənin müstəqilliyinin elan olunmasının təxirə salındığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Kataloniya parlamentinin referendumdan sonra keçirilən ilk iclasında K.Puçdemon deyib: "Oktyabrın 1-də keçirilən referendumun nəticələrinə görə Kataloniya müstəqillik hüququnu əldə etdi. Kataloniyanın respublika tipli dövlət olması üçün xalqın mənə göstərdiyi etimadı dərk edirəm. Amma İspaniya hökuməti ilə dialoq qapısını açmaq üçün müstəqilliyin elan edilməsini təxirə salıram. İspaniya hökumətindən vasitəçiliyi qəbul etməsini istəyirəm".

Kataloniya böhranının bütün Avropanın problemi olduğunu qeyd edən K.Puçdemon bundan sonra gərginliyi azaldacaq bəyanatlar verməyəcəyini bildirib: "Məndən heç vaxt təhdid eşitməyəcəksiniz. Hamımız eyni fikirdə olmasaq da, birlikdə yaşayacağıq. İspaniya xalqı ilə əlaqələrin yaxşı olması bizim arzumuz və əsas istəyimizdir".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...
Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on...

Davamı...