THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Britaniya kraliçasının tac nitqi: "brexit", terrorla mübarizə və təhlükəsizlik

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
110
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 iyun 2017 – Newtimes.az

"Brexit" uğurlu olmalıdır" – Böyük Britaniya kraliçası II Elizabet parlamentdə bu bəyanatla çıxış edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, çərşənbə günü kraliça parlamentdə tac nitqi söyləyib. Beləliklə də o, növbədənkənar seçkilərdən sonra formalaşmış yeni çağırış qanunverici orqanın birinci sessiyasını açıb. II Elizabet hökumətin prioritet vəzifəsinin "brexit" üzrə mümkün qədər sərfəli sazişi təmin etməkdən ibarət olduğunu bildirib.

Kraliça müasir siyasi kontekstdə digər ən mühüm mövzulara da toxunub: "Mənim hökumətim Yaxın Şərqdə münaqişənin uzunmüddətli siyasi həllini tapmaq üzərində də işləyəcək".

Bundan başqa, nitqdə deyilir ki, son üç ayda dörd terror aktı yaşayan Böyük Britaniya özünün terrorizmlə mübarizə strategiyasına yenidən baxacaq.

Xatırladaq ki, kraliçanın tac nitqi hökumətin fəaliyyət proqramıdır. Nitq Nazirlər Kabinetinin üzvləri tərəfindən yazılır və monarx onda dəyişiklik etmək səlahiyyətinə malik deyil. Tac nitqi söyləndikdən sonra bir neçə gün ərzində hər iki palata – İcmalar və Lordlar palataları onun əsas müddəaları üzrə debatlar aparırlar. Daha sonra nitq İcmalar Palatasında səsverməyə çıxarılır və bu, hökumətə bir növ etimad hesab olunur.

Nəzəriyyəyə əsasən, partiyalar nitqdə düzəlişlər edə və onları səsverməyə çıxara bilərlər. Lakin adətən iş bu yerə gəlib çıxmır. Bu dəfə isə parlamentin fəaliyyətinin ilk günündən baş nazir Tereza Meyə qarşıdurma vəd edən müxalif Leyboristlər Partiyasının lideri Ceremi Korbin nitqdə düzəlişlər edəcəyini bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...