THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Fransa seçki ərəfəsində: Makronun və Le Penin birinci turda şansları bərabərləşib

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
153
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 aprel 2017 – Newtimes.az

"Milli Cəbhə” partiyasının lideri Marin Le Pen və "Marşda” hərəkatının banisi Emmanuel Makron Fransada prezident seçkilərinin birinci turunda eyni miqdarda səs toplaya bilərlər. Bu nəticə OpinionWay sosioloji xidmətinin bazar ertəsi günü keçirdiyi rəy sorğusunda əksini tapıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sosioloji xidmətlərin proqnozlarına əsasən, həm Le Penə, həm də Makrona seçicilərin 22 faizi səs verəcək. Birinci turun favoritlərinin reytinqində onların arxasınca "Respublikaçılar” partiyasının namizədi Fransua Fiyon gəlir. O, ötən həftə ilə müqayisədə göstəricilərini bir faiz yaxşılaşdırıb. Əgər birinci tur aprelin 17-də keçirilsəydi Fiyon seçicilərin 21 faizinin səsini toplaya bilərdi.

OpinionWay-ın informasiyasına görə, ikinci turda Makron liderliyini davam etdirir. Onu seçicilərin 64 faizi, Le Peni isə 36 faizi dəstəkləməyə hazırdır. İkinci tura Fiyon adlayacağı təqdirdə, o, 60 faiz, Le Pen 40 faiz səs alacaq.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...