THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Əgər müharibə olmasaydı...

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10263
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

"Qafqaz! – Bu söz necə də ecazkardır!” Rus şairi və publisisti Vasili Lvoviç Veliçko məşhur "Qafqaz” kitabını bu sözlərlə başlayır. O, Qafqazı "sosioloq üçün, o cümlədən dövlətçilik elminin nümayəndəsi üçün xüsusi dəyər kəsb edən, müxtəlif təbii laboratoriyaları olan nəhəng bir akademiya” kimi təqdim edir.

Qafqaz demək olar ki, bütün tarixi boyu geosiyasi ekspansiya proseslərinə cəlb edilmiş, fatehlər üçün yağlı tikə olmuşdur. Qafqazla həmhüdud olan dövlət qurumlarının hərfi mənada hamısı Qafqazı ələ keçirməyə, bu regionda dominantlıq etməyə çalışır, öz hakimiyyətinin sərhədlərini genişləndirməyi, ən mühüm nəqliyyat və ticarət-iqtisadi magistrallara nəzarətin təmin edilməsini qarşısına məqsəd qoyurdu. Avropanı Şərq ölkələri ilə birləşdirən ənənəvi ticarət yolları məhz buradan keçirdi. Beləliklə, Qafqaz üzərində hərbi nəzarət və regionda siyasi üstünlük çox böyük maddi səmərələr vəd edirdi.

Makedoniyalı İsgəndər dövründən başlamış ta sovet dövrünə qədər bütün imperiyalar burada öz nüfuz dairəsini bərqərar etməyi zəruri sayır, çox vaxt yerli əhalinin maraqlarını nəzərə almırdılar. Məsələn, XIX əsrdə Rusiya imperiyası tərəfindən Cənubi Qafqazın işğalı ermənilərin buraya kütləvi şəkildə köçürülməsi ilə müşayiət olunurdu. Sonradan bu xalq Cənubi Qafqazın əzəli sakinləri üçün ciddi başağrısına çevrildi.

Məhz həmin dövrdə əzəli Azərbaycan torpaqlarında erməni dövləti formalaşması başlanır. Cənubi Qafqazın inzibati-ərazi bölgüsündə dəqiq sərhədlərin olmaması ənənəvi haldır. Burada mövcud olan sərhədlər çox vaxt yalnız şərti xarakter daşıyırdı. Marqaret Tetçer "İdarəçilik sənəti” kitabında yazır ki, mehriban qonşuluğun ən yaxşı təməli çox vaxt möhkəm çəpərdir. Bəlkə də Cənubi Qafqazın problemi məhz belə bir möhkəm çəpərin olmamasıdır?!

Erməni etnosu təbiətinə görə miqrasiyalara və öz vətəninin hüdudlarından kənarda yaşamağa meyillidir. Belə olmasaydı, bu faktı necə izah etmək olar ki, sayı müxtəlif mənbələrdə 6,5 milyondan 10 milyona qədər göstərilən xalqdan bu gün Ermənistan respublikasında yaşayanların sayı 2,5 milyondan azdır. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən xeyli əvvəl ermənilər yaşayış yeri kimi Azərbaycan ərazisini, o cümlədən Bakını seçmişdilər. Burada yaşayan ermənilərin sayı 300-400 min nəfər idi. Onlardan 250 minə yaxını Bakıda yaşayırdı.

20 ildən artıq bundan əvvəl başlanmış Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı rayonlarda yaşayan insanlar üçün deyil, həm də Bakı erməniləri üçün acınacaqlı nəticələr vermişdir. Onlar özləri üçün doğma saydıqları şəhəri tərk etmişlər. Bu insanların bir qismi Ermənistana, digərləri Avropaya, ABŞ-a köçüb getmişdir, lakin onların çoxu hələ də daha firavan yer tapıb orada qərarlaşmaq ümidi ilə gəzib dolaşır. Hərçənd, azərbaycanlıların tamamilə qovulduğu Yerevandan fərqli olaraq o çətin illərdə ermənilərin heç də hamısı Bakını tərk etmədilər. Rəsmi məlumata görə hazırda təkcə Azərbaycanın paytaxtında 30 mindən çox erməni yaşayır.

Məlumdur ki, hər bir xalq layiq olduğu hökumətə malikdir. Yəqin ki, "başıbəlalı erməni xalqı” uzun illər boyu əhaliyə guya qədim dövrdə mövcud olmuş "Böyük Ermənistan” ideyasını təlqin edən avantürist rəhbərləri olmağa layiqdir. Ermənilər əsrlər boyu özlərinin nüfuzlu dostlarının himayəsi altında yaşamağı real azadlıqdan üstün tutmuşlar. Bu dostlar Ermənistanı iqtisadi, siyasi və sosial uçuruma aparırdılar və indi də aparırlar. Təəssüf ki, onların siyasəti nəinki Ermənistana, bütün Cənubi Qafqaz regionuna ziyan vurur.

Zənnimcə, Cənubi Qafqaz əhalisinin əksəriyyəti bu fikirdədir ki, biz hamımız sülh şəraitində yaşamaq, Cənubi Qafqazdakı bütün münaqişələrin, o cümlədən Ermənistan tərəfindən başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, dinc yolla və ədalətli həll edilməsini istəyirik. Taleyin qismətindən Ermənistan elə öz rəhbərlərinin düşünülməmiş siyasətinin girovuna çevrilmişdir. Əgər keçən əsrin səksəninci illərində Ermənistan Azərbaycana qarşı müharibəyə başlamasaydı, bu gün bu ölkə qat-qat əlverişli iqtisadi vəziyyətdə olardı.

Bu gün və əslində bütün tarix boyu bu ölkənin rəhbərləri öz xalqına qarşı soyqırımı siyasəti yeridir. Erməni sosioloqlarının son araşdırmaları göstərir ki, təkcə Yerevanda sorğuda iştirak etmiş respondentlərin 48 faizi potensial miqrantlardır. Üstəlik, Ermənistan paytaxtının əhalisinin 15,5 faizi bu ölkəni tərk etməyi artıq qəti qərara almışdır, daha 32,3 faizi isə bildirmişdir ki, imkan yaranan kimi onlar, necə deyərlər, çamadanlarını yığışdıracaqlar.

Şübhəsiz ki, Azərbaycan, Türkiyə və Gürcüstanda iqtisadi proseslərin sürətləndiyi, həyatın keyfiyyət göstəricilərinin artdığı bir vaxtda Ermənistan xalqı tədricən və qəti surətdə yoxsullaşmaqdadır. Mənim fikrimcə, Ermənistanda çoxları qonşu dövlətlərdə qazanılan uğurları həsəd hissi ilə izləyərək belə bir sual verirlər: əgər Dağlıq Qarabağda müharibə olmasaydı, onların ölkəsinin taleyi necə olardı?...

Bununla əlaqədar ağlıma gələn ilk fikir odur ki, bu halda bağlı sərhədlər olmazdı. Ermənistan bütün inteqrasiya proseslərində tamdəyərli iştirak edə bilərdi. Ermənistan beynəlxalq sərmayədarlar üçün iqtisadi baxımdan daha cəlbedici olardı. Bu da öz növbəsində yeni iş yerlərinin açılmasına, hər şeyi məhv edən işsizlik probleminin həllinə gətirib çıxarar və nəticə etibarilə ölkə əhalisi bir tikə çörək qazanmaq üçün öz evlərini tərk etməzdi.
Enerji resursları sarıdan yoxsul olan Ermənistan regionda həyata keçirilən iri enerji layihələrinin fəal iştirakçısı olar, bu da öz növbəsində Ermənistanın başqa dövlətlərdən asılılığını azaldardı. Ermənistanın nəqliyyat layihələrində iştirak etməsi isə onun üçün Qərb bazarlarına çıxmaq imkanı yaradardı.

 

Aşkardır ki, praktiki olaraq bütün əhalinin köç etmək fikri ilə yaşadığı, ən yaxşı zəka sahiblərinin özlərini və yaxınlarını yedirtmək üçün axtarışlarla məşğul olduğu ölkədə heç bir demokratik dəyişikliklər barədə söhbət belə ola bilməz. Şübhəsiz, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Ermənistan cəmiyyətində demokratik qüvvələr qalib gələr, demokratiya, insan hüquqları və qanunun aliliyi prinsipləri kütlələrin şüuruna hakim kəsilərdi.

Beləliklə, Qərb, Avropa və bir sıra başqa ölkələr bəzən bütün diplomatik və hüquqi çərçivələrdən kənara çıxaraq Ermənistana – bu işğalçı ölkəyə iqtisadi, hərbi, maliyyə, humanitar və başqa şəkildə kömək göstərməli olmazdılar.
Tarixi geri döndərmək olmaz, buna görə indi biz "əgər belə olmasaydı...” mövzusunda yalnız mühakimə yürüdə bilərik. Lakin hətta bu gün də Ermənistan Dağlıq Qarabağ münaqişəsini tənzimləsə, bütün sahələrdə onun vəziyyəti daha əlverişli olacaqdır. Sülh, ilk növbədə, Ermənistanı özünün vətəni hesab edən və ağır həyat şəraitinə baxmayaraq, orada yaşamaqda davam edən sadə insanlara lazımdır.

 

New Times

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...