THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Almanlar kansler postunda kimi görmək istəyirlər?

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1030
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 oktyabr 2016 – Newtimes.az

Almaniya kansleri Angela Merkel və Avropa parlamentinin sədri Martin Şults yeni federal kansler postuna namizədlər arasında seçici rəğbətinə görə liderlik edirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə RİA Novosti informasiya agentliyi Fors tədqiqat institutunun apardığı sorğunun nəticələrinə istinadla məlumat yayıb. Əgər birbaşa seçkilər keçirilsə, rəyi soruşulanların 45 faizi Merkelə, 29 faizi isə Şultsa səs verərdi. Bununla yanaşı, hazırkı vitse-kansler Ziqmar Qabriel hələlik yalnız 18 faiz dəstəyə malikdir.

Almaniyada isə kansler birbaşa səsvermə ilə deyil, parlament seçkilərinin nəticələrinə əsasən seçilir. Namizəd qalib partiya tərəfindən təqdim olunur.

1002 nəfərin iştirak etdiyi sorğu oktyabrın 6-7-də Ştern jurnalının və RTL-Wahltrend televiziya proqramının sifarişi ilə keçirilib. Xəta 3 faiz təşkil edir.

Son vaxtlar keçirilən rəy sorğuları, eyni zamanda, Angela Merkelin bundestaqda "Xristian-demokratik ittifaqı” və "Xristian-sosial ittifaqı” partiyalarından ibarət blokuna rəğbətin azaldığını göstərir. Blokun reytinqi onun tarixində ilk dəfə olaraq 30 faizdən aşağı enib. Dəstəyin belə kəskin azalması federal kanslerin tənqidə məruz qalan və ölkədə narazılıq doğuran miqrant siyasəti ilə izah olunur. Bu siyasət nəticəsində Almaniyaya bir milyondan çox qaçqın gəlib.

Xatırladaq ki, Almaniyada parlament seçkiləri 2017-ci ildə keçiriləcək.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...