THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Estoniyada prezidenti seçmək mümkün olmadı

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3078
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 sentyabr 2016 – Newtimes.az

Seçənlər kollegiyası səsvermənin ikinci turunda da Estoniya prezidentini seçə bilməyib. Belə ki, iki namizədin heç biri – vəkil Allar Yıks və hakim İslahatçı Partiyanın fəxri sədri, Avropa Komissiyasının sabiq vitse-prezidenti Siym Kallas bu turda da qələbə üçün lazım olan miqdarda səs toplaya bilməyib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ikinci turda Kallas 138 səs, Yıks isə 134 səs yığa bilib. Bu isə prezident seçilmək üçün kifayət etməyib. Ölkə qanunlarına görə, bundan sonra 14 gün ərzində parlamentin növbədənkənar iclası çağırılmalı və seçki proseduru yenidən başlamalıdır.

Estoniyada prezident seçkilərinin ikisəviyyəli sistemi fəaliyyət göstərir: əvvəlcə dövlət başçısını parlamentdə seçməyə cəhd göstərirlər. Namizədlərdən heç biri burada lazımi miqdarda səs yığa bilməsə, seçkilər seçənlər kollegiyasında davam etdirilir. Kollegiyaya parlamentin 101 deputatı və yerli idarəetmənin 234 nümayəndəsi, ümumilikdə 335 nəfər daxildir.

Xatırladaq ki, Estoniyanın müstəqilliyi bərpa olunduqdan sonra prezidenti parlamentdə yalnız iki dəfə – 1992 və 2011-ci illərdə seçmək mümkün olub.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...