Çinin paytaxtında Asiya-Sakit okean İqtisadi Əməkdaşlığının növbəti sammiti keçirilib. Tədbirə maraq böyük idi. Burada ABŞ, Rusiya, Çin və Yaponiya arasında münasibətlərin də müzakirə mövzusu ola biləcəyi gözlənilirdi. Proqnozlar özünü doğrultdu. Həmin ölkələrin başçıları qısa müddətli olsa da, görüşüb bir sıra məsələlər üzrə razılıq əldə ediblər. Onların arasında müəyyən məsələlər üzrə fikir ayrılığı qalmaqdadır. Sammitdə yekun bəyannamə qəbul edilib. Bəyannamədə təşkilat üçün əhəmiyyətli olan geosiyasi, siyasi və iqtisadi problemlər öz əksini tapıb. Sənəddə azad ticarət zonasının yaradılması haqqında ideya da yer alıb.
Hazırda Asiya-Sakit okean hövzəsində ziddiyyətli geosiyasi proseslər cərəyan edir. Regionun bir sıra ölkəsi təsir dairəsini və nüfuzunu artırmaq uğrunda mübarizə aparırlar. Onlar ideologiyalarında müəyyən korrektələr də edirlər. Bu kontekstdə Hindistanın yeritdiyi xarici siyasət mütəxəssislərin diqqətini çəkir. Hazırda baş nazir olan N.Modinin fəaliyyəti diqqətlə izlənilir. Onun Yaponiya, Çin və ABŞ-la münasibətləri hansı müstəvidə inkişaf etdirəcəyi maraq doğurur. Əvvəllər bu siyasətçini ifrat millətçiliyin təcəssümü kimi qəbul edirdilər. Ancaq seçkidə qalib gəldikdən sonra ona münasibət dəyişdi. Görünür, bunun əsas səbəbi Hindistan cəmiyyətinin Modiyə etimad göstərməsi olub. Baş nazir ölkəni regionun liderinə çevirmək iddiasındadır.
Belarusun paytaxtında Müstəqil Dövlətlər Birliyinin növbəti sammiti keçirildi. Orada əməkdaşlıqla bağlı maraqlı fikir mübadiləsi aparıldı. Bununla yanaşı, qarşılıqlı ittiham halları da qeydə alındı. Moldova Prezidentinin Rusiyaya etirazlarına V.Putin sərt sözlərlə cavab verib. Belə vəziyyət Ukrayna və Moldovanın Avropa İttifaqına assosiativ üzvlükdən irəli gələn iqtisadi şərtlərdən yaranıb. Eyni zamanda, Ermənistanın Avrasiya İqtisadi İttifaqına 2015-ci ilin yanvarından üzv olması haqqında sənədin imzalanması da diqqəti çəkib. Həmin məsələ ilə əlaqədar fərqli fikirlər vardır. İrəvanın bu təşkilatdakı yeri və rolu ətrafında müxtəlif rəylər söylənilir. Azərbaycanın Minsk sammitindəki fəaliyyəti isə uğurlu hesab edilir.
Tacikistanın paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti keçirilib. Tədbirdə qlobal geosiyasət üçün əhəmiyyətli olan bir neçə məsələ müzakirə edilib. O cümlədən, təşkilata daxil olan ölkələrin təhlükəsizliyi və yeni üzvlərin qəbul edilməsi diqqət mərkəzində olub. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların, Ukrayna hadisələrinin və İŞİD terrorçu qruplaşmasının fəaliyyətinin ŞƏT-ə təhlükə yaratması səbəbindən bu təhlükələrə qarşı birgə tədbirlərin həyata keçirilməsi haqqında razılığa gəlinib. Bundan başqa, təşkilatın genişlənməsi zərurəti də vurğulanıb. Bu məsələ bütövlükdə ŞƏT-in inkişaf perspektivləri kontekstində nəzərdən keçirilib.
Sentyabr ayının 20-də Bakıda "Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimi olub. Həmin gün həm də "Əsrin müqaviləsi"nin 20 ili tamam olub. Azərbaycanın paytaxtına təşrif buyurmuş yüksək səviyyəli qonaqlar tədbirdə iştirak ediblər. Onlar "Cənub dəhlizi" layihəsinin strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, onun regional və beynəlxalq əməkdaşlığa verəcəyi faydanı qeyd ediblər. Bundan əlavə, söhbət bütövlükdə qlobal enerji təhlükəsizliyi sisteminin formalaşmasına verilən töhfədən gedir. Bu hadisənin tarixi əhəmiyyətini və faydasını da nəzərə almaq lazımdır.
ABD çekilirse
Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.
Davamı...