THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda ilk ermənistanlı prezident

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
798
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 mart 2018 – Newtimes.az

Ermənistanın 27 illik müstəqillik tarixində nəhayət Ermənistanda doğulan biri 2 mart 2018-ci ildə parlament tərəfindən Ermənistan prezidenti seçildi (90 lehinə, 10 əleyhinə, 1 keçərli olmayan səs toplayaraq). Bu şanslı və ya şanssız adam 23 iyun 1953-cü ildə İrəvanda doğulan Armen Vardanoviç Sarqsyandır.

1 martda Ermənistan parlamentində Armen Sarqsyan deputatlar tərəfindən dinlənildi. Deputatlar qarşısında prezident seçiləcəyi təqdirdə proqram və gələcək fəaliyyəti haqqında məlumat verən Sarqsyanın bütün deputatları, erməni millətini və diaspor ermənilərini qucaqlayacaq qədər uzun və güclü qollarının olmadığı məlum oldu. Parlamentdə müxalif ELK (ÇIXIŞ) Blokunun tənqidləri və nataraz sualları ilə qarşı-qarşıya qalan Armen Sarqsyanın verdiyi cavablar da məmnunedici olmadı. ELK Blokunun Sarqsyana qarşı əsas arqumentlərindən biri də onun vətəndaşlığı məsələsi olmuşdur. Bununla bağlı verilən suala Sarqsyan belə cavab vermişdir: "Bəli, mən Britaniya vətəndaşı olmuşam. 2000-ci ildə mən səfir vəzifəsindən çıxarıldıqdan sonra Britaniya vətəndaşlığı üçün müraciət etdim və 2002-ci ildə vətəndaşlığı aldım. Daha sonra 2011-ci ildə Britaniya vətəndaşlığından imtina etdim.''[i]

Bu zaman istər-istəməz başqa suallar da ortaya çıxır. Görəsən, dünyada Britaniyanın sadəcə pasportunun Ermənistan dövlətindən daha mötəbər və ciddi qəbul edilməsinə, Sarqsyana ictimai-sosial və biznes sahəsində inanılmaz üstünlüklər təmin etməsinə baxmayaraq, Britanya vətəndaşlığından imtina etməyə nə vadar etmişdi? Həm də Ermənistan Konstitusiyasında prezident olmaq üçün Ermənistan vətəndaşı olmaq və son 7 ildə bu ölkədə yaşama tələbi gətirilmədən əvvəl. Sarqsyan fizik və riyaziyyatçıdır. Hesab-dəftərdə və kompyuter modelləşdirilməsi sahəsində ustadır. Amma bütün bu qabiliyyəti olsa da, o, 2018-ci ildə Ermənistan prezidenti seçilməsi üçün tam da Konstitusiyada tələb olunan şərtlərə uyğun olaraq ondan 7 il əvvəl Britaniya vətəndaşlığından imtina etməsi gərəkliyini hesablaya bilməzdi. Əslində, Sarqsyan "oğurladığı minarəni qılıfına uyğunlaşdırmağa çalışsa da'', minarənin ucu qılıfdan xeyli çıxır və görünür.

Sarqsyanın namizədliyini koalisiya hökuməti dəstəkləmişdir (hakim Ermənistan Respublika Partiyası və Daşnaqsutyun Partiyası).[ii] Müxalif Çiçəklənən Ermənistan Partiyası da kənardan dəstək verib. Bəzi ehtimallara görə, Ermənistan parlament üsul-idarəsinə keçdikdə Çiçəklənən Ermənistan Partiyası da koalisiya hökumətində yer ala bilər.

Armen Sarqsyan Ermənistanın Britaniyada səfiri işləyib. Daha sonra biznes fəaliyyəti ilə məşğul olub. Britaniya vətəndaşlığı var, amma özünün dediyinə görə daha sonra imtina edib. Son Konstitusiya islahatına görə səlahiyyətləri çox azdır və simvolik xarakter daşıyır. Hətta Milli Təhlükəsizlik Şurasının iclasında iştirak etmək hüququ belə yoxdur.

Sarqsyan 1996-1997-ci illərdə Ermənistanın baş naziri olub. Baş nazir postundan Vazqen Sərkisyanın təzyiqi nəticəsində (bəzi mənbələr müdafiə naziri Vazqen Sərkisyanın baş nazir Armen Sərkisyanı iş otağında döydüyünü və ağır xəsarət yetirdiyini bildirir) istefa etməsi diqqətə alınarsa, qətiyyətsiz və siyasi iradəsi zəif birisi kimi xarakterizə edilə bilər. Ermənistanda hakimiyyət uğrunda gedən mübarizədə aktiv iştirak etməyib.[iii]

Serj Sərkisyan baş nazir postuna ən iddialı şəxsdir və baş nazir olacağına görə son Konstitusiya dəyişikliyi referendumunda bütün əhəmiyyətli səlahiyyətləri baş nazirə, yəni özünə verib. Müxalif ELK Bbloku etiraz edir və xalqı mitinqə səsləyir.

Ermənistan 4-cü prezidentini seçdi. Armen Sarqsyan ilk prezident olacaq ki, Ermənistanda doğulubdur. Digərləri diaspor nümayəndələri olub. İlk üç prezidentdən birincisi Ter-Petrosyan Hələbdə, digər ikisi isə Azərbaycan SSR-də doğulub.

Ermənistanda prezident seçkiləri sakit keçsə də, cari ilin aprel ayının 9-da Armen Sarqsyanın prezident səlahiyyətlərini icra etməyə başlaması, Serj Sərkisyanın isə baş nazir kreslosuna oturmasından sonra vəziyyət dəyişə bilər. Bu ərəfədə 2008-ci ildə Serj Sərkisyanın prezident seçildikdən sonra etiraz edənlərə qarşı 1 martda ordu və polis gücündən istifadə edərək on nəfərin ölümü (bəzi mənbələr 25 ölü verir) ilə nəticələnən bənzər bir çaxnaşmanın yaşanması ehtimalı var. Qeyd edək ki, etiraz mitinqinə çıxanlardan on nəfərin öldürülməsi ilə bağlı Ermənistanda heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.

Ermənistanda Qarabağ klanı hakimiyyəti Ermənistan ermənilərinə ''çılpaq'' təslim etdi. Yəni prezidentin heç bir ciddi səlahiyyəti yoxdur. Qanunları imzalayacaq və gələn qonaqlarla şam yeməyi yeyəcək. Ermənistanda yenə də Qarabağ klanı hakimiyyətdə olacaq.

Ermənistanın daxili siyasət tamaşasında antrakt verilib və ikinci pərdə cari ilin 9 aprel tarixində açılacaq. İkinci pərdədə nələr yaşanacaq görəcəyik...

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] До какого года Армен Саркисян был гражданином Великобритании http://www.lragir.am/­index/rus/0/country/view/61320, 01 Марта 2018.

[ii] Парламент Армении выберет президента: кандидат выглядел неубедительно https://regnum.ru/­news/polit/2386057.html, 1 марта 2018.

[iii] Избиение одного Саркисяна другим: не пора ли поставить точку в этой истории?  http://armenianreport.com/pubs/177015/,21 Января 2018.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on...

Davamı...
ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...