THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti (I hissə)

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
631
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 fevral 2018 – Newtimes.az

Satqınlığın büdcəsi

Azərbaycana qərəz və böhtan yağdırmaq üçün ''dəridən qabıqdan çıxan'', ölkədəki sabitliyi pozmaq üçün gecə-gündüz planlar quran uzun adlı ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi'' (bundan sonra OCCRP) olan bir təşkilat var. Təşkilatın yiyəsi – bütün dünyada araşdırmaçı jurnalistikanı inkişaf etdirmək üçün ABŞ-da təsis edilən – ''Jurnalistikanın İnkişafı Şəbəkəsi''dir. (The Journalism Development Network, Inc. (JDN).

''Jurnalistikanın İnkişafı Şəbəkəsi''ni 2004-cü ildə Dryu Sallivan adlı adam yaradıb. Əvvəl ixtisasca komediya aktyoru olan D.Sallivanı sonralar hansısa külək gətirib jurnalistikaya çıxarıb. O vaxtdan bəri adamın xroniki olaraq bir ayağı okeanın o tayında, o biri ayağı isə ''köhnə qitə''də, Şərqi Avropadadır (Sarayevoda).

İnternetdə ''The Journalism Development Network'' adlı təşkilat axtarsanız çətin taparsınız. Nə təşkilat, nə də onun rəsmi saytı yoxdur. ABŞ-ın Merilend ştatında qeydiyyatdan keçsə də, adı yalnız kağız üzərindədir. Baş qərargahı isə Bosniya və Herseqovinanın Sarayevo şəhərində yerləşən həmin OCCRP adlı təşkilatdır. Bəli, ''The Journalism Development Network'' Sarayevo şəhərindəki ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi''ni maliyyələşdirir.

Daha dəqiq deyilsə, ABŞ büdcəsindən pul və başqa onlarla ölkədən OCCRP-a qrantlar ayrılması üçün vasitə, maliyyə kanalı qismində çıxış edir. Bunu ABŞ-ın rəsmi büdcə idarəsinin saytında görmək olar.



Dünyanın 70 ölkəsini idarə edən təşkilatda direktor kimdir?

Təsisçi Dryu Sallivanın dediyinə görə, ''ana şirkəti'' ''The Journalism Development Network'' olan "bala'' təşkilatı – OCCRP dünyanın 70 ölkəsində 155 araşdırmaçı jurnalist təşkilatını, minlərlə jurnalisti bir şəbəkədə birləşdirir. Bəs bu boyda ''zırıltını'' kim idarə edir? Cəmi 8 nəfərdən ibarət rəhbərlik – direktorlar şurası bu işin öhdəsindən məharətlə gəlir. Təsəvvür edin ki, onlardan biri – Xədicə İsmayıldır. X.İsmayıl – ''The Journalism Development Network, Inc. (JDN)''-də, dolayısı ilə də, OCCRP-ın rəhbərliyində "boss''lardan (individual trustee, director) biridir.

X.İsmayılın siyahıda adı keçən direktor həmkarlarının kim olduğunu bilməsəz yaxşıdır. Onların hamısı, dünyanın neçə-neçə ölkəsinin altını-üstünə, xaos məkanına çevirməkdə ''xüsusi xidmətləri'', məharətləri olan ''nəhəng isimlər'', ''idarə edilən xaos texnoloqları''dır. Bu barədə başqa zaman və başqa yazıda.


Sadəcə təsəvvür etmək çətindir ki, dünyada 200-ə yaxın ölkə var və ABŞ dövlətinin yaratdığı qlobal təşkilatın direktorlar şurasında vəzifə tutmağa Xədicə İsmayıldan başqa heç bir millətin, ölkənin nümayəndəsi tapılmadımı? Yəni gör nə hünərin (yaxud satqınlığın) yiyəsi olasan ki, Amerika boyda dövlətin qlobal şəbəkəsini idarə edən 8 amerikalı direktordan biri olasan! (Sırada 8-ci olan isim rumın olsa da əsasən ABŞ-da yaşayır və işləyir). Cədvəldə o da göstərilir ki, X.İsmayıl həftədə ortalama cəmi-cümlətanı 1 saat işləyir. Yəni ona hər cür şərait yaradılıb. Təki direktor olsun.

Bu ilin əvvəllərində Xədicə İsmayıl sosial şəbəkədə belə bir status yazmışdı: ''Əslində, vəziyyət belədir ki, məni tənqid etməyə heç vaxt ciddi arqumentləri olmur''. (FB.Khadija Ismayil, 30 yanvar 2018).Bundan əvvəl isə o, ''Amerikanın Səsi'' radiosuna müsahibəsində deyib: ''Mən araşdırmanı ona görə aparıram ki, mənim üçün maraqlıdır. Araşdırma jurnalistikasının qaydası ''Follow the money'' – ''pulu izlə'' prinsipidir. Pulun əslində kimin cibinə axdığını bilməliyik''. (http://blogs.voanews.com/azerbaijani/audience-comments/2013/12/11/global-witness-in-hesabatina-x%C9%99dic%C9%99-ismayilova-il%C9%99-baxis/)

Ümumilikdə sual yaranır: özünü doğruluq mücəssəməsi hesab edən X.İsmayıla qarşı doğrudanmı ''ciddi arqumentlər'' yoxdur? Bəs onun cibinə pullar haradan və hansı prinsiplə axır?

Korrupsiyaya qarşı rüşvət almaqla mübarizə aparmaq

X.İsmayılın direktorlarından biri olduğu ''The Journalism Development Network'' təşkilatının maliyyələşməsini, özünün dediyi kimi, ''Follow the money'' – ''pulu izlə'' prinsipi ilə araşdırdıqda nələr üzə çıxır?

Təsəvvür etmək çətindir ki, X.İsmayıl pulsuz bir addım belə atmamış, hətta şəxsi problem və qayğılarına görə də dünyanın ''o boyda ölkəsindən'' haqq-hesab sormuşdur. Özünüz baxın. ABŞ dövlət büdcəsi Xəzinədarlıq idarəsinin 2012-ci il üçün rəsmi hesabatında göstərilir ki, X.İsmayılın səhhətində problemlə bağlı Türkiyədə etdiyi əməliyyat üçün ona müvafiq məbləğ ayrılıb:


Digər sual: ''The Journalism Development Network'' qurumu niyə ''sol qulağı sağ əllə göstərmək'' kimi ilk baxışda yersiz görünən təşkilatçılığa əl atıb? Cavab belədir ki, bu ''ana şirkət''in başlıca missiyası özündən çox uzaqlarda, Şərqi Avropada yerləşən bala şirkəti – OCCRP-u bol-bol pullarla və maliyyə ilə təmin etmək üçündür.


Maliyyəni başlıca olaraq ABŞ dövləti ayırır. Daha sonra isə Sorosdan tutmuş bütün Avropa ölkələrindəki bəlli mərkəzlər öz ''qeyrətini'' nümayiş etdirir və milyonlarla qrantlar ayırmaq üçün növbəyə dururlar. Ayrılan maliyyə nəticəsində büdcədən ''Rusiya və yeni müstəqil ölkələrdə media sferasında vəziyyətin balanslaşdırılması'' üçün reallaşdırılan layihəyə sel kimi pullar axır. Layihənin icra edildiyi məkan kimi Latviya göstərilir. (SLMAQM15GR1025,0002,, SAIEXEMPT,591039., DEPARTMENT OF STATE (DOS), 1900,DEPARTMENT OF STATE,,,,,,,,,809116440, "JOURNALISM DEVELOPMENT NETWORK, INC.", USA, UNITED STATES, WASHINGTON, 001, DISTRICT OF COLUMBIA, DC,DISTRICT OF COLUMBIA, 20008,2358, 98,,,,LVA,LATVIA, 00FORGN,,,,,,,,19.345,"INTERNATIONAL PROGRAMS TO SUPPORT DEMOCRACY, HUMAN RIGHTS AND LABOR",04,BALANCING THE RUSSIAN MEDIA SPHERE,NON,12,)


Beləliklə, X.İsmayılın da rəhbəri olduğu, burda oturub Amerikadan idarə etdiyi təşkilatın aldığı pulların milyonlarla ölçülən məbləği həqiqətən də ağlabatmazdır. Buna inanmaq üçün məntiq yetmir. Üstəlik də yuxarıda qeyd edildiyi kimi, həftədə cəmi 1 saat işləməklə milyonlarla pul qazanmaq işi çox ''cəlbedici'' görünür.

Aşağıdakı cədvəllərdə ABŞ dövlət büdcəsi ilə bağlı rəsmi saytdan 2011-ci ildən başlayaraq, ''The Journalism Development Network'' təşkilatına ayrılan maliyyənin məbləğini faktlar əsasında izləmək mümkündür. (OCCRP 2011-ci il 22 noyabrında Rumıniyada rəsmi şəkildə qeydiyyatdan keçib. O vaxta qədər nə pullar axıb, hansı ciblərə axıb, bir özləri, bir də qrantverənləri bilir.)

RECIPIENT PROFILE: JOURNALISM DEVELOPMENT NETWORK, INC.

Address 4401A Connecticut Ave NW; Washington, District of Columbia 20008 DUNS Number: 809116440

https://www.usaspending.gov/Pages/AdvancedSearch.aspx?k=journalism%20development%20network

Aşağıdakı təkcə 2011-ci ildə yalnız büdcədən ayrılan pullardır. 

Bundan daha çoxu – qrantlar və mükafatlardır. Onları ayrıca qeyd edilir:


2014-cü il üçün büdcədən ayrılan maliyyə:


2017-ci il üçün büdcədən ayrılan maliyyə:


Cəmi 2 ildə (2015-2016) 6 milyon ABŞ dollarına yaxın maliyyə ayrılıb.

https://www.usaspending.gov/Pages/AdvancedSearch.aspx?k=journalism%20development%20network

Filters: journalism development network; Contracts, Grants, Loans, Other

Bunlar hələ əvvəlidir. Dövlət büdcəsindən ayrılmalardır və yağış kimi yağan, davam edən qrant və mükafatların yanında heç nədir. Qrantlar:



Ardı var. Bizi izləməyə davam edin.

Tahirə Allahyarova,

Strateji Araşdırmalar Mərkəzi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...