THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənisiz Ermənistan

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1225
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 dekabr 2017 – Newtimes.az

Ermənistan 21 sentyabr 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra əhalisi azalır. 1994-cü ilə qədər əhalinin ölkəni tərk etməsinin ən əhəmiyyətli səbəblərindən birincisi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olmuşdur. Belə ki, müharibəyə getməmək üçün gənc və əmək qabiliyyəti olan insanlar (xüsusilə kişilər) ölkəni tərk edib. 1994-cü ildən sonra isə köçün əsas səbəbləri hökumətin iqtisadi və sosial problemləri həll edə bilməməsi, işsizlik, hələ sovet dövründə inşa edilən fabrik və zavodların fəaliyyətini dayandırması, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün müzakirələrdə konstruktiv mövqe tutmaması və ölkədəki antidemokratik idarə sistemi olmuşdur.

Bu analitik materialda istifadə edilən statistik göstəricilərin hamısı Ermənistanın rəsmi mənbələrindən alınmışdır və məlum səbəblərə görə Ermənistana qarşı təbliğat məqsədi ilə yazılmayıb, elmi bir araşdırmadır, faktlara və statistik göstəricilərə istinad edir.

Ermənistanın demoqrafik sayğacı:

Əhalinin sayı: 3 044 066

Kişilərin sayı: 1 416 858 (46.5%)

Qadınların sayı: 1 627 207 (53.5%)

2017-ci il dekabr ayının 8-nə qədər doğulanlar: 37 385

2017-ci il dekabr ayının 8-də doğulanlar: 45

2017-ci il dekabr ayının 8-nə qədər ölənlər: 25 299

2017-ci il dekabr ayının 8-də ölənlər: 31

2017-ci ildə ölkəni tərk edənlər: -1 859

2017-ci il dekabr ayının 8-də ölkəni tərk edənlər: -2

2017-ci il dekabr ayının 8-nə qədər əhalinin artımı: 10 227

2017-ci ildə Ermənistanın əhalisinin sayının dəyişmə dinamikası:

Doğum: gündə ortalama 110 uşaq (saatda 4,60 uşaq);

Ölüm: gündə ortalama 75 nəfər (saatda 3,11 nəfər);

Miqrasiya prossesi: gündə ortalama 5 nəfər (saatda -0,23 nəfər).

2017-ci ilin əvvəllərində əhalinin yaş qruplarına görə təsnifi:

17,6

72,4

10,1


- 15 yaşından aşağı olanlar

- 15-65 yaşına qədər olanlar

- 64 yaşından böyük olanlar

Rəqəmlərlə ifadə edildiyində:

  • 15 yaşından aşağı: 533 501 nəfər (kişilər: 285 515; qadınlar: 248 016)
  • 14 yaşından böyük, 65 yaşından kiçik: 2 195 407 nərə (kişilər: 1 028 653; qadınlar: 1 166 754)
  • 64 yaşından yuxarı: 304 931 nəfər (kişilər: 115 468; qadınlar: 189 463) [i]

Yuxarıdakı statistik göstəriciləri cins-yaş qrupu piramidasına görə ayırdıqda belə nəticə ortaya çıxır:

65+



15-64



0-14

                                              Kişilər                                 Qadınlar

Cins-yaş piramidasından da görüldüyü kimi əhalinin artım tempi reqressiv və azalan xətt üzrə gedir. [ii]

Ermənistanın demoqrafik sayğacı statistikasında qadınların sayının 210 349 nəfər kişilərdən çox olduğu məlum olsa da, 2017-ci ilin əvvəllərində əhalinin yaş qruplarına görə təsnifi statistikasında 15 yaşına qədər olan əhali arasında kişi cinsinin qadın cinsindən 37 499 nəfər artıq olduğu müşahidə edilir ki, bunun da səbəbi kimi son illərdə Ermənistanda selektiv abortun geniş yayılmasını göstərmək mümkündür.

Ermənistan Dövlət Statistika Xidmətinin Əhalinin siyahıya alma şöbəsinin müdiri Karine Kuyumcuyanın 2017-ci ilin iyun ayında verdiyi məlumata görə 1 yanvar 2017-ci ilə qədər ölkə əhalisinin sayı 6200 nəfər azalmışdır. 2017-ci ilin birinci yarım illiyində 7234 nikah qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.5 faiz azdır. Yenə 2017-ci ilin birinci yarım illiyində 1949 cütlük boşanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11.2 faiz çoxdur. Rəqəmlərdən də görüldüyü kimi, Ermənistanda nikaha girən cütlüklərin sayı azalır, boşanan cütlüklərin sayı isə artır. [iii]

Bundan baska Kuyumcuyan əhalinin doğum və ölüm nisbəti ilə bağlı statistika haqqında məlumat verib. Buna görə, 2017-ci ilin birinci yarım illiyində 17.2 min uşaq doğulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə azdır. 2017-ci ilin birinci yarım illiyində 14.000 nəfər ölüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib. [iv]

Müstəqil Dövlətlər Birliyində miqrantlarla bağlı aparılan rəy sorğusunun nəticələrinə görə erməni miqrantların 70 faizi geri dönməyi düşünmür. [v]

Ermənistanın Ərazi idarəetmə Nazirliyinin Miqrasiya xidmətinin direktoru Qaqik Yeqanyan ölkə əhalisinin ölkəni tərk etməsinin səbəbini ölkədəki pis şərtlərin olması ilə əsaslandırır. [vi]

BMT-nin hesabatına görə, 2035-ci ilə qədər Ermənistanın əhalisi pis halda, 2.6 milyon, yaxşı halda 3.2 milyon ola bilər. 2017-ci ilin dekabr ayına görə, hal-hazırda Ermənistan əhalisinin 3 044 066 nəfər olduğu və 2035-ci ildə ən yaxşı halda 3.2 milyon nəfər olacağı proqnozuna görə gələcək 18 ildə Ermənistanın əhalisi cəmi 155934 nəfər artacaq ki, bu rəqəm olduqca azdır. [vii]

BMT-nin bu bədbin proqnozundan sonra Prezident Serj Sərkisyan ölkə əhalisinin 2040-cı ilə qədər 4 milyon olması üçün planları olduğunu bildirməsi isə riyaziyyatda mürəkkəb düsturları bilən birisi üçün yox, vurma cədvəlini və bölmədən anlayan birisi üçün gülüncdür və inandırıcı deyil. [viii]

Belə ki, 1 oktyabr 2017-ci ildə Ermənistan əhalisi 2 979 600 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 300 nəfər azdır. [ix]

2017-ci ilin oktyabr ayında Ermənistan parlamenti "Hərbi xidmət və hərbi xidmətçinin statusu haqqında” qanuna dəyişiklik edərək universitetlərə qəbul olunan tələbələrin təhsil üçün möhlət hüququnu ləğv etdi. [x] Buna görə artıq universitetlərə qəbul olan erməni gənci (kişi cinsi) ya əvvəlcə hərbi xidmətə getməli, ya da təhsili zamanı hərbi kafedradan da dərs almalı və  təhsilini bitirdikdən sonra təyin olunmuş yerdə 3 il müddətinə zabit kimi xidmət etməsi üçün Müdafiə Nazirliyi ilə müqavilə imzalamalıdır. Erməni tələbələr buna qarşı İrəvanda mitinq təşkil etsələr də dəyişən bir şey olmadı. [xi]

Parlamentin qanuna etdiyi dəyişikliyi dəyərləndirən "Modus Vivendi” Mərkəzinin direktoru Ara Papyan edilən dəyişikliyin emiqrasiyanı daha da sürətləndirəcəyini bildirib. [xii]

Göründüyü kimi analitik materialda istifadə edilən materiallar və statistik göstəricilər tamamən rəsmi erməni mənbələridir və sadəcə bu informasiyalardan istifadə edilərək sistemləşdirilib.

Belə bir çətin demoqrafik vəziyyətdə olan Ermənistan hökuməti və ermənilər soyuqqanlıqla gələcəklərinin necə olacağını düşünməli, qonşu ölkələrlə münasibətlərini qaydaya salmalı, işğalçılıq siyasətindən əl çəkməli, iqtisadi, sosial, enerji və nəqliyyat problemlərini həll etməsi üçün bölgədə həyata keçirilən beynəlxalq layihələrdə iştirak edəcək qədər məntiqli davranmalıdır.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Население Армении, http://countrymeters.info/ru/Armenia, 08.12.2017.

[ii] Данные этой секции основаны на последних публикациях Департамента Статистики ООН в области демографической и социальной статистики, https://unstats.un.org/unsd/demographic/products/indwm/­default.htm, 08.12.2017.

[iii] Численность постоянного населения Армении сократилась на 6200 человек http://www.panarmenian.­net/rus/news/245286/, 31 июля 2017.

[iv] В I полугодии 2017 года рождаемость в Армении снизилась – а смертность нет https://news.am/rus/­news/402953.html, 31.07.2017.

[v] Более 70% мигрантов из Армении планируют навсегда остаться в России http://www.armenian­report.com/pubs/165153/, 2017-08-23.

[vi] Роза Ованнисян, Люди уезжают из-за плохих условий http://www.lragir.am/index/rus/0/comments/­view/58267, 23 Сентября 2017.

[vii] Ани Геворгян, Если все оставить на самотек, процесс будет продолжаться так, как был всегда: Арман Сагателян http://ru.1in.am/1202851.html, 2017-10-20.

[viii] Ани Геворгян, Если все оставить на самотек, процесс будет продолжаться так, как был всегда: Арман Сагателян http://ru.1in.am/1202851.html, 2017-10-20.

[ix] Саргис Арутюнян, По данным Национальной статистической службы, темпы сокращения населения Армении ускорились https://rus.azatutyun.am/a/28833356.html, Ноябрь 03, 2017.

[x] Татевик Лазарян, Парламент завершил обсуждение спорного законопроекта о воинской повинности во втором чтении https://rus.azatutyun.am/a/28853968.html, Ноябрь 14, 2017.

[xi] Рузанна Степанян, Касающиеся отсрочки положения сохранены в представляемом во втором чтении документе в неизменном виде - Артак Закарян https://rus.azatutyun.am/a/28851244.html, Ноябрь 13, 2017.

[xii] Ара Папян: «Законопроект «О воинской службе и статусе военнослужащего» усилит эмиграцию»  http://armenianreport.com/pubs/171692/, 13 Ноября 2017.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...