THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mərkəzi Asiyada əməkdaşlıq: təhlükəsizlik, enerji və geosiyasi ziddiyyətlər

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1097
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 may 2017 – Newtimes.az

KİV Özbəkistan və Türkmənistan prezidentlərinin Astanaya səfərlərinə əsas olaraq qlobal və regional geosiyasətin prizmasından nəzər salıblar. Mərkəzi Asiyada ciddi proseslərin getdiyi vurğulanır. Ekspertlər əməkdaşlığın fərqli formatlarının meydana çıxa biləcəyini qeyd edir, o cümlədən regionda yeni alyansın əmələ gələ biləcəyindən bəhs edirlər. Buraya Qazaxıstan, Özbəkistan və Türkmənistan aid edilir. Analizlərdə həmin ölkələr arasında əlaqələrin yeni dinamika kəsb etməsi və faktiki olaraq bütün sahələri əhatə etməsi yer alır. Ancaq məsələyə daha geniş kontekstdə baxdıqda, bir qədər ehtiyatlı nəticələr çıxarmağın daha konstruktiv olduğu qənaəti əldə edilir. Çünki həmin regionun tarixi, böyük güclərin burada apardıqları mübarizə fərqli mənzərə ortaya qoyur. Onun üzərində bir qədər geniş dayanmaq istərdik.

Prezidentlərin səfəri: həssas mərhələdə əlaqələrin inkişafı

Analitiklərin Mərkəzi Asiyaya marağı durmadan artır. Geosiyasi proseslərin bu regionda daha da intensivləşəcəyi barədə proqnozların da sayı çoxalır. Onlar, adətən, birincisi, qlobal təhlükəsizliklə Mərkəzi Asiyanın təhlükəsizliyinin qarşılıqlı əlaqəsi, ikincisi, "Yeni İpək Yolu" layihəsində bu regionun oynaya biləcəyi rol, üçüncüsü, böyük güclərin Mərkəzi Asiya uğrunda apardıqları mübarizənin daha da kəskinləşəcəyi halında region ölkələri arasında münasibətlərin yeniləşməsi istiqamətləri kimi üç aspektdə ifadə edilir.

Hər üç aspekt özlüyündə çoxlu sayda məsələləri ehtiva edir ki, bu da mövzuya kompleks yanaşmağı tələb edir. Bunun fonunda iki hadisə – Özbəkistan prezidenti Şavkat Mirziyayev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Qazaxıstana səfərləri maraq doğurub. Ekspertlər bu səfərləri regional miqyasda təsiri ola biləcək proseslərlə sıx bağlayırlar. Buraya yuxarıda vurğuladığımız məqamların hər biri aid edilir.

Bu prizmadan Mərkəzi Asiyada cərəyan edən geosiyasi proseslərin analizi və proqnozlaşdırılması aktual məsələ təsiri bağışlayır. Hər iki prezidentin Astanada apardıqları müzakirələrin mövzularının təhlili ümumi səviyyədə nəticələr çıxarmağa imkan verir.

Onları bir neçə qrupa bölə bilərik. Buraya regional səviyyədə iqtisadi əməkdaşlıq, təhlükəsizlik, enerji, sabitliyin təmin edilməsi məsələləri daxildir. Onların hər biri üzrə tərəflər ortaq qənaətə gələ biliblər.

Müzakirələrdə daha çox Şərq-Qərb və Şimal-Cənub dəhlizi üzrə nəqliyyat sahəsində əməkdaşlığa diqqət yetirilib. Mərkəzi Asiya ölkələrinin Çinin "Yeni İpək Yolu" layihəsində aktiv iştirakı zəruridir. Çünki Qərbə aparan yolların hamısı bu ərazidən keçir. Pekindən başlayan yolun bir qolu Qazaxıstandan Rusiyaya, digəri isə Türkmənistandan Qafqaza və İrana tərəf uzanır. Belə əlverişli coğrafi mövqe regionu perspektivli layihə üçün cəlbedici edir. Qazaxıstan, Özbəkistan və Türkmənistan bu prosesdə aktiv rol oynamaq istəklərini ifadə ediblər.

Bunun fonunda ikitərəfli əlaqələrin inkişafı heç də az əhəmiyyət kəsb etmir. Regionun daxili geosiyasi vəziyyəti ilə əlaqədar ölkələr arasında qarşılıqlı etimad və inamın artırılmasına ciddi ehtiyac duyulur. Xüsusilə enerji, təhlükəsizlik və terrorla mübarizədə buna lazımi diqqət yetirilməlidir. Həmin sferalara aid olan su problemi, beynəlxalq enerji layihələrinin reallaşması və yüklərin daşınması kimi 3 məsələ üzərində daha geniş dayanılıb. Su problemi regionda bəzi hallarda dövlətlər arasında ixtilaflar yaradır. Bu, konkret olaraq, Özbəkistan-Tacikistan və Özbəkistan-Türkmənistan münasibətlərində özünü göstərib. Belə hal isə bütövlükdə regionun sabitliyi üçün təhdidlər yaradır. Tərəflər onların həll edilməsi gərəkliyini vurğulayıblar.

Təhlükəsizlik məsələsində böyük güclərin geosiyasi oyunlarında iştirak etməmək məsələsi əsas yer tutur. Türkmənistan və Özbəkistan bu prosesdən kənarda qalacaqlarını rəsmən bildiriblər. Qazaxıstan isə başlıca olaraq beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti ilə tərəfsiz mövqe tutmağa çalışır. İndi Qazaxıstan BMT TŞ-nin qeyri-daimi üzvüdür və barış üçün əlindən gələni edir. Mərkəzi Asiya ölkələri bunu qiymətləndirirlər.

"Asiya üçlüyü": yeni alyans, yaxud yeni format?

Təhlükəsizlik aspektində region üçün aktual olan başqa məsələ beynəlxalq terrorla mübarizədir. Bu kontekstdə prezidentlərin Əfqanıstandakı vəziyyətin normallaşdırılması ilə bağlı geniş müzakirələr aparmaları təbiidir. Çünki terror təhlükəsi əsas olaraq həmin istiqamətdən gəlir. Son zamanlar burada İŞİD və "əl-Qaidə" xeyli fəallaşıb. Mərkəzi Asiya dövlətlərinin ərazilərində də radikal dini mövqedə olan qruplar vardır. Özbəkistan, Tacikistan və Qazaxıstanda baş verən terror hadisələri, Qırğızıstandakı həssas durum narahatlıq yaradır.

İŞİD-in Mərkəzi Asiya istiqamətində təhdidlərinin davam etməsindən və Rusiyada terror hadisələrindən yaranmış narahatlıq tam başa düşüləndir. Ekspertlər həmin kontekstdə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin əvvəlcə Bakıya, sonra isə Aşqabada səfər etməsinə təsadüf kimi baxmırlar. Buna ümumi təhlükəsizlik problemlərinin müzakirəsi kontekstində izah verirlər. Konkret olaraq, Bakıda və Aşqabadda Yaxın Şərq, Suriya məsələlərinin müzakirəsi fonunda təhlükəsizlik problemləri diqqətə alınıb.

Bunlardan aydın olur ki, Rusiyada törədilən terror hadisələrindən sonra MDB məkanında təhlükəsizliyin təmini daha da aktuallaşıb. Moskva bu məsələni dost hesab etdiyi bütün ölkələrlə birgə həll etmək fikrindədir. Bu kontekstdə Özbəkistan və Türkmənistan prezidentlərinin Astanaya səfərləri başqa məsələlərlə yanaşı, terrorla mübarizədə də ortaq hərəkət etmək niyyətini ifadə edir. Görünür, Əfqanıstan tərəfdən radikal qrupların müdaxiləsi getdikcə daha böyük miqyasda təhlükə törətməyə başlayıb. Onu nəzərə alaq ki, MDB məkanından minlərlə gənc hazırda Suriyada müxtəlif terror qruplarının tərkibində döyüşürlər.

Bütün bu aktual problemlərin fonunda enerji və nəqliyyat sferalarındakı əməkdaşlıq kölgədə qalmayıb. Prezidentlər Türkmənistandan başlayan qaz marşrutunun Çinə qədər uzanması faktı da daxil olmaqla bu sahədəki aktual məqamları müzakirə ediblər. Mərkəzi Asiya Şərqlə yanaşı Qərb istiqamətində də mühüm layihələrin iştirakçısıdır. Deməli, söhbət hər iki istiqamətdə əlaqələri yeni səviyyəyə yüksəltməkdən gedə bilər. Bununla da Mərkəzi Asiyada enerji marşrutları şəbəkəsi yarana bilər. Məsələnin bu tərəfi həm də geosiyasi təhlükəsizlik sisteminin formalaşdırılması perspektivi ilə sıx bağlı görünür.

Vurğulanan məqamlar işığında Qazaxıstan-Türkmənistan-İran dəmiryolu layihəsinin reallaşmasına ayrıca önəm verilib. Ekspertlər bu marşrutu regionun iqtisadi-ticari imkanlarının genişləndirilməsi bağlılığında olduqca əhəmiyyətli faktor olaraq təqdim edirlər. Burada həm də Qazaxıstanın Cənub istiqamətində Fars körfəzinə çıxış əldə etməsi niyyətini qabardırlar. Belə ki, bu marşruta Qafqaz istiqamətinə müəyyən mənada alternativ kimi yanaşırlar. Reallıqda bunun belə olub-olmadığını zaman göstərəcək. Lakin aydındır ki, Mərkəzi Asiya dövlətləri şaxələnmiş nəqliyyat sisteminin formalaşdırılmasında maraqlıdırlar.

Bütün bunlar Mərkəzi Asiyada yeni alyansın yaranması barədə nəticə çıxarmağa əsas verirmi? Bəzi ekspertlər buna müsbət cavab verirlər. Digərləri isə ehtiyatlı fikir bildirməyə meyllidirlər. Bizcə, 3 region dövlətinin – Qazaxıstan, Özbəkistan və Türkmənistanın hər hansı alyans yaratmasına ehtiyacları yoxdur. Çünki bu, birincisi, onlara heç bir üstünlük vermir, ikincisi, Qırğızıstan və Tacikistanın kənarda qalması məntiqi aydın deyil, üçüncüsü, həmin dövlətlər regional təşkilatlar çərçivəsində çoxdandır ki, əməkdaşlıq edirlər. Astana, Daşkənd və Aşqabad ikitərəfli qaydada daha sıx əlaqələr qurmağa çalışırlar ki, bu da özlüyündə təbii və müsbət haldır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...