THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ proteksionizmlə Çinə qalib gələ bilərmi?

ABŞ proteksionizmlə Çinə qalib gələ bilərmi?
30 yanvar 2017

Dünyada baş verən qeyri-stabil iqtisadi və siyasi proseslər fonunda ən çox cavaba ehtiyacı olan suallardan biri də dünyanın iki böyük iqtisadiyyatının gələcək iqtisadi münasibətləridir. Bu suala cavab verilməsi yalnız həmin dövlətlərin öz iqtisadiyyatlarının deyil, eyni zamanda dünya iqtisadiyyatının gələcək perspektivlərinin müəyyənləşdilirilməsi baxımından əhəmiyyətlidir.

Mərkəzi Asiya: 2017-ci ildə qeyri-sabitlik təhlükəsi

Mərkəzi Asiya: 2017-ci ildə qeyri-sabitlik təhlükəsi
26 yanvar 2017

Dünyanın müxtəlif regionlarında cərəyan edən geosiyasi proseslərin mümkün nəticələrini mütəxəssislər intensiv surətdə analiz edirlər. Beynəlxalq tədbirlərdə bu məsələlər geniş müzakirə olunur. Müəyyən qənaətlər əldə edilir. Maraqlıdır ki, bütün hallarda ekspertlər regional proseslərə qlobal kontekstdə yanaşmağa üstünlük verirlər. Bu o deməkdir ki, 2017-ci ildə ayrı-ayrı regionlarda geosiyasi hadisələr qlobal səviyyədə özünü göstərəcək faktorlardan birbaşa asılı olacaq. Konkret desək, bir sıra maneələrə baxmayaraq, dünya miqyasında qloballaşma özünün yeni mərhələsinə qədəm qoya bilər. O cümlədən coğrafi baxımdan Mərkəzi Asiya regionuna yaxın olan iki böyük dövlət arasında güzəştsiz rəqabət yarana bilər. Artıq ekspertlər bunun müəyyən əlamətlərindən bəhs edirlər. Konkret olaraq, Rusiya və Çin Mərkəzi Asiyada nüfuz uğrunda mübarizələrinə yeni dinamika verə bilərlər. Bu müddəalar işığında Mərkəzi Asiyanı silkələyə biləcək faktorların analizi böyük maraq doğurur.

Frensis Fukuyama: "post-fakt dünya"nın informasiya paradoksları

Frensis Fukuyama: "post-fakt dünya"nın informasiya paradoksları
25 yanvar 2017

Demək olar ki, bütün alimlər müasir dünyanın ziddiyyətlər və risklərlə dolu olduğunu etiraf edirlər. Onlar bu məsələni müxtəlif aspektlərdə izah etməyə çalışırlar. Amerikanın tanınmış elm adamı Frensis Fukuyama yazdığı son məqalələrin birində bu bağlılıqda diqqəti çəkən məqamlara toxunub. Yazıdan aydın görünür ki, F.Fukuyama müəyyən dərəcədə Qərbə özünütənqid nöqteyi-nəzərindən yanaşır. Hazırda dünya miqyasında informasiya sahəsində baş verən proseslərdə müəyyən maraqlı dairələrin (siyasi, maliyyə və s. xarakterli) rol oynadığını vurğulayır. İndi İnternetin köməyi ilə dünyanın müxtəlif regionlarında yaşayan insanlar anındaca informasiya mübadiləsi edə bilirlər. Bu, bir tərəfdən, geniş kommunikasiya imkanları yaradır, digər tərəfdən isə, konkret dairələrə bundan sui-istifadə etmək üçün şans verir. Təcrübə göstərir ki, böyük dövlətlər həmin fürsətdən daha çox yararlanmağa çalışırlar. Bu sırada F.Fukuyama ABŞ və Rusiyanın adını çəkir. Bütövlükdə alimin qaldırdığı məsələ və qoyduğu suallar üzərində düşünməyə dəyər.

Dağlıq Qarabağ və böyük dövlətlərin xarici siyasəti: yeni "yolayrıcı"?

Dağlıq Qarabağ və böyük dövlətlərin xarici siyasəti: yeni "yolayrıcı"?
19 yanvar 2017

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu il yanvarın 17-də keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlərə müxtəlif reaksiyalar verilir. Azərbaycan tərəfi öz təmkinli mövqeyini bir daha nümayiş etdirərək, real vəziyyəti ifadə edən fikirlər səsləndirib. Bunun fonunda bir sıra Rusiya və Ermənistan KİV-i təbliğat xarakterli yazılar verirlər. Onlar S.Lavrovun dediklərini daha çox işğalçı Ermənistanın mövqeyinə uyğun şərh etməyə çalışırlar. Bununla həm danışıqlar prosesinə zərbə vurulur, həm də həqiqətlər təhrif edilir. Nəticədə, münaqişənin ədalətli həlli yoluna növbəti maneə çıxarılmış olur.

BMT-nin yeni dünya nizamının formalaşmasında rolu: "postböhran" mərhələyə keçid

BMT-nin yeni dünya nizamının formalaşmasında rolu: "postböhran" mərhələyə keçid
12 yanvar 2017

Siyasətçilər, alimlər, analitiklər və ekspertlər dünyanın yeni geosiyasi nizama ehtiyacının olduğunu həmişə vurğulayırlar. XXI əsrin əvvəllərindən etibarən qlobal miqyasda müşahidə edilən müxtəlif təhlükəli proseslərin fonunda bu, tamamilə təbii görünür. Qlobal problemlər adlanan və sayı getdikcə artan bir sıra neqativ trendlər bəşəriyyətin mövcudluğunu belə şübhə altına almaqdadır. Buna görə də bütün dövlətləri qane edə bilən və beynəlxalq hüquq üzərində qurulan geosiyasi düzən yaradılmalıdır. Zorakılıq, terror, ikili standartlar, yoxsulluq, aclıq, hüquq pozuntuları, heç olmasa, minimuma endirilməlidir. Bütövlükdə bəşəriyyət bu vəzifəni yerinə yetirməlidir. Ancaq, maraqlı olduğu dərəcədə həm də qəribədir ki, dünya həmin keçidi reallaşdıra bilmir. Bu prosesdə zəif cəhətlərdən birinin beynəlxalq təşkilatlara, ilk növbədə BMT-yə üstünlük verilməməsindən ibarət olduğunu düşünürük. Nəzəri olaraq BMT-nin rolu və əhəmiyyətini hər kəs qəbul edir. Lakin konkret işə gəldikdə, meydana müəyyən maneələr çıxır. Xilas yolu varmı? Tədqiqatçılar bu barədə hansı fikirdədirlər?

Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət

Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət
11 yanvar 2017

Moskvada üç dövlətin Suriya ilə bağlı müzakirələr aparması dünya siyasətində rezonans doğurub. Müxtəlif səviyyələrdə bu hadisənin təhlili aparılır. Artıq meydana yeni bir əməkdaşlıq formatının çıxdığını vurğulayırlar. Bu prosesin müsbət, yaxud mənfi nəticələr verə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılır. Ekspertlər hesab edirlər ki, hələlik kövrək olan Rusiya-Türkiyə-İran "üçlüyü", eyni zamanda, Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilər. Burada əməkdaşlıq formatının nüvəsində Rusiyanın dayandığına əmindirlər. Həmin səbəbdən "üçlüyü" Moskvanın geosiyasi addımı olaraq qiymətləndirirlər. Onun fonunda isə Vaşinqtonun baş verənlərə münasibətini təhlil edirlər. Bu aspektdə də müəyyən ziddiyyətlər özünü göstərməkdədir. Onların işığında Rusiya-Türkiyə-İran əməkdaşlığının perspektivi necə görünür? Bu, qlobal geosiyasətin dinamikasında hansı dəyişiklərə təkan verə bilər?

Müstəqil kurs və "beynəlxalq ələbaxımlıq": Cənubi Qafqazda suverenlik problemi

Müstəqil kurs və "beynəlxalq ələbaxımlıq": Cənubi Qafqazda suverenlik problemi
10 yanvar 2017

Mütəxəssislər müstəqilliklərini əldə etmiş dövlətlərin hansı xarici siyasət yeritməsindən onların suverenliyinin asılı olduğu barədə təhlillər aparırlar. Tədqiqatlar göstərir ki, Cənubi Qafqazda həmin müstəvidə iki tendensiya üstünlük təşkil edir. Onlardan biri müstəqil xarici siyasət kursuna əsaslanan və suverenliyi tam təmin edən mövqe, digəri isə daha çox kənarda güclü qüvvə-hami axtaran, ondan asılı olan və əmrləri yerinə yetirən "ələbaxımlıq"dan ibarətdir. Region dövlətlərinin bu kurslardan hansını seçəcəyi üzərində düşünmək maraqlıdır. Bunun nəzəri və praktiki əhəmiyyəti vardır. Belə ki, dövlət quruculuğunun kursu bütövlükdə müstəqil dövlətçiliyin baş tutub-tutmadığını göstərir.

Böyük siyasətin mürəkkəb oyunları: Trampın kadr siyasəti və reallıqlar

Böyük siyasətin mürəkkəb oyunları: Trampın kadr siyasəti və reallıqlar
28 dekabr 2016

ABŞ-ın yeni prezidentinin yüksək vəzifələrə təyin edəcəyi namizədlərin hər biri dünya mediasında ciddi müzakirə obyektinə çevrilir. Bu, bir tərəfdən, Amerikanın ən güclü dövlət olması ilə bağlıdırsa, digər tərəfdən, namizədlərin şəxsiyyətləri ilə əlaqəlidir. Bu sırada dövlət katibliyinə təyin edilə biləcək biznesmen Reks Tillersonun adı ətrafında kifayət qədər geniş müzakirələr başlayıb. Onun Rusiya Prezidenti V.Putinlə şəxsi dostluq münasibətlərinin olması haqqında informasiyaların yayılması müəyyən ajiotaj yaradıb. Bu, MKİ-nin Amerikadakı seçkilərə Kremlin təsir etməsi ilə bağlı ifadə etdiyi fikirlərin fonunda Qərb siyasi təfəkkürü üçün xeyli qıcıqlandırıcı görünür. Çünki belə nəticə çıxır ki, Amerika kimi qüdrətli ölkədə siyasi hakimiyyətin seçilməsində Moskvanın rolu var! Buna inananlar da, inanmayanlar da ola bilər. Ancaq əsas odur ki, belə informasiyalar Qərb siyasi dairələrinə istər-istəməz təsir edir. Bu mənada həmin məlumatların məqsədli şəkildə hallandırıldığı barədə düşünmək olar.

Keçmiş prezidentin etirafları: Ermənistan uçurum qarşısında

Keçmiş prezidentin etirafları: Ermənistan uçurum qarşısında
26 dekabr 2016

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan rəhbərlik etdiyi Milli Konqresin qurultayındakı çıxışında bir sıra geosiyasi məsələlərə toxunub. O, indiki mərhələdə Ermənistanın dövlət və cəmiyyət olaraq ciddi problemlərlə üz-üzə qaldığını söyləyib. Bunun əsas səbəbi isə İrəvanın yeritdiyi yarıtmaz xarici siyasətdir. Onun sözlərinə görə, son 18 ildə ölkə yalnız tənəzzülə doğru gedib. Faktiki olaraq erməni dövlətçiliyi fəlakət qarşısındadır. Onun bu prosesi dayandırmaq gücü isə yoxdur. Burada L.Ter-Petrosyan bir sıra arqumentlər gətirir. Onlardan aydın olur ki, bütövlükdə Ermənistan dövlət quruculuğu strategiyasını düzgün seçə bilməyib. Bunun fonunda isə keçmiş prezident Azərbaycan rəhbərliyinin rasional siyasət apardığını açıq etiraf edir, Bakı ilə kompromis əsasında razılaşmaqdan başqa yolun qalmadığını ifadə edir. Həmin fikirlər kontekstində L.Ter-Petrosyanın çıxışı üzərində dayanmaq olar.

Ruhani İrəvanda: İran-Ermənistan münasibətlərində yeni mərhələ?

Ruhani İrəvanda: İran-Ermənistan münasibətlərində yeni mərhələ?
23 dekabr 2016

İranın dövlət başçısı Həsən Ruhaninin Ermənistana səfəri ilə bağlı müxtəlif təhlillər aparılır. Erməni mətbuatı əldə edilən razılaşmalardan pafoslu şəkildə yazır. Ancaq bütövlükdə dərc edilən yazılara təhlili yanaşdıqda, burada qərəzliliyin olduğunu da görmək mümkündür. İranla Ermənistan arasında bir neçə sənəd imzalanıb. Tərəflər əlaqələri daha da inkişaf etdirmək niyyətindən danışırlar. O cümlədən regional xarakterli layihələrin reallaşdırılmasından bəhs edilir. Bütün bunlar erməni ekspertlər tərəfindən nədənsə anti-Azərbaycan və anti-Türkiyə isteriyası kontekstində təqdim olunur. Sanki İran Azərbaycan və Türkiyəyə qarşı olan əməkdaşlıq formatına üstünlük verməyə başlayıb. Ermənilərin bu cür davranışı gözləniləndir, çünki onlar heç zaman obyektiv düşünməyiblər. Bununla yanaşı, reallıq da göstərir ki, İran-Azərbaycan münasibətləri yüksək səviyyədədir və hansısa qarşıdurmadan söhbət gedə bilməz. Hər iki ölkənin rəhbərliyi əməkdaşlığı inkişaf etdirməkdə qətiyyətlidirlər. Bu məsələlərin geosiyasi təhlili maraqlı olardı.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...