THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Beynəlxalq siyasətin mühüm aktoru – Rokfeller ailəsi

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
45399
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Dünyanın ən zəngin ailələrindən olan Rokfellerlər Almaniyadan ABŞ-a mühacirət etmiş yəhudi mənşəli nəslin davamçılarıdır. XIX əsrin sonlarına doğru Con (1839-1937) və Uilyam Rokfeller (1841-1922) qardaşlarının "Standart Oil Company” vasitəsilə neft biznesində və "Chase Manhattan Bank” (hazırda JP Morgan Chase) vasitəsilə maliyyə sektorunda qazandıqları varidat bu ailəni gələcək dünyada əsas söz sahiblərindən birinə çevirdi. Rokfeller ailəsinin sahib olduğu sərvət haqqında 29 iyul 1916-cı ildə "Nyu York Tayms”da ailənin o dövrkü rəisi Peder Sah Con D. Rokfellerin neft ortaqlıqlarının 500 milyon dolları ötdüyü, Rokfellerin ABŞ-ın ilk dollar milyarderi olduğu xəbər verilmişdir. Rokfellerlərin hazırkı maliyyə vəziyyəti haqqında dəqiq məlumatlar verilmir və bununla bağlı araşdırma aparmaq üçün ailə arxivləri ictimaiyyətə bağlıdır.

Rokfellerlərin əsas maliyyə aləti olan "Chase Manhattan Bank” hazırda ABŞ-da səhmlərinin həcminə görə ikinci ən böyük bankdır. Dünya maliyyə sisteminin nüfuzlu mərkəzlərindən olan "Citibank”-da onların nəzarətindədir.

Qardaşların yaratdıqları Rokfellerlər Fondu ilk günlərdən öz bizneslərindən kənar bir çox sahələrə yardım göstərir. Bu gün ABŞ və dünyada bu ailənin təmsilçiləri ən böyük missionerlərdən biri kimi tanınır. Lakin diqqətimizi cəlb edən xüsusi məqam Rokfellerlərin beynəlxalq siyasətdə tutduqları mövqe və ABŞ-ın xarici siyasətinə təsir imkanlarıdır.

Rokfellerlərin maliyyə yardımı göstərdikləri sahələr arasında təhsil sektoru və beyin mərkəzləri xüsusi yer tutur. Rokfellerlər Fondu ABŞ-da və Avropada bir çox məşhur universitet və kollecə maliyyə yardım göstərir, bu təhsil müəssisələrində xüsusi tədqiqatları, o cümlədən bir çox Nobel mükafatı namizədlərinin tədqiqatlarını maliyyələşdirir. Harvard, Nyu York, Yel, Korneli, Kolumbiya, Massaçusets Texnoloji Universiteti, London İqtisadiyyat məktəbi başlıca benefisiarlardır. Ailənin adını daşıyan universitet (Rokfeller Universiteti, Nyu-York, 1901) və muzeyi (Rokfellerlər Muzeyi, 1925-1930, Yerusəlim) də təsis edilmişdir.

Dünyanın idarəedilməsi təşəbbüsü

Rokfeller ailəsi beynəlxalq siyasətdə aktiv iştirakçıdır. Ailənin təmsilçiləri fəaliyyətləri ictimaiyyət üçün daha çox gizli saxlanılan bir çox beynəlxalq təşkilatların, habelə regional təsisatların yaradılmasında birbaşa iştirak etmiş və ya maliyyə yardımı göstərmişlər. Bu təşkilatlar arasında Bilderberq klubu, Üçtərəfli Komissiya, Asiya Cəmiyyəti, Karneqi Korporasiyası, Xarici Əlaqələr Şurası (CFR), Brookinq İnstitutu, Peterson İnstitutu, Sakit Okean Münasibətləri İnstitutu, Xarici Siyasət Assosasiyası, Davos İqtisadi Forumu, Millətlər Liqası, BMT-nin müxtəlif proqram və layihələri, 30-lar (G30) qrupu, Sosial Tədqiqatlar Şurası Rokfellerlərin müxtəlif məqsədlərinə xidmət etmək üçün maliyyələşdirilir.

Rokfellerlər daha çox pərdəarxası siyasi proseslərdə iştirak edir, dünyanın siyasi fikrinə təsir edə biləcək təşkilatları dəstəkləyirlər. Bunlardan biri Bilderberq klubudur. İctimaiyyət üçün bağlı olan bu klubda iştirakçıların üçdə biri hökumət və siyasətçilər, qalanı isə maliyyə, sənaye, təhsil, aparıcı media-holdinqlərin nüfuzlu şəxsləri arasından dəvət olunur. Bilderberq klubunun daimi üzvlüyü mövcud deyil. Hər il idarəedici komitə iclasa yüzə yaxın insan dəvət edir, onlardan hər biri sirri qorumaq ilə bağlı öhdəlik götürür.

Mövcud siyasət səhnəsindən Marqaret Tetçer, Bill Klinton, Toni Bleyer, Angela Merkel, Romano Prodi, Henri Kissencer, Donald Ramsfeld klubun üzvü olmuşlar. 1954-cü ildə ilk iclası keçirilən bu təşkilatın məqsədi artan kommunizm təhlükəsi qarşısında Avropada antiamerikanizm meyllərinin qarşısının alınması, ABŞ və Qərbi Avropanın vahid atlantizm ideyalarına xidmət, siyasi, iqtisadi, müdafiə məsələləri sahəsində əməkdaşlığın müzakirəsidir. Bu klubu bəzən gizli dünya idarəetmə sisteminin əsas mərkəzi hesab edirlər. Rokfellerlər bu klubun əsas maliyyə mənbələrindən və klubun fəaliyyətində əsas söz sahiblərindən biridirlər. Hazırda ailənin rəhbəri Devid Rokfeller Bilderberq klubunun Məsləhət qrupunun sədridir.

Rokfellerlər II Dünya Müharibəsindən sonra dəyişən dünyada ABŞ üçün yeni təsir zonalarının yaradılmasının başlıca tərəfdarı olmuş və bu məqsədlə Yaponiyanın da Bilderburq klubunun hədəfinə çevrilməsinə çalışmışlar. Lakin ümumi konsensusun olmaması Rokfellerlərin 1972-ci ildə yeni bir qurumu - Üçtərəfli Komissiyanı yaratmasına səbəb olmuşdur. Bu Komissiya ilkin olaraq ABŞ-Qərbi Avropa-Yaponiya yaxınlaşmasını qarşısına məqsəd qoymuşdusa, sonradan Yaponiyaya bütünlükdə Cənub-Şərqi Asiya regionu əlavə olundu. Hazırda Komissiyada Ş.Amerikadan 120, Avropadan 170, Asiya-Sakit Okean hövzəsi regionundan 117 nümayəndə beyin mərkəzlərini təmsil edir.

Siyasətdə aparıcı mövqe şəxsi biznes maraqlarının müdafiəsinə xidmət edir

Rokfellerlərin siyasətində hər zaman özlərinin və himayəsi altında olanların biznes maraqlarının müdafiəsi üçün səyləri aparıcı yer tutmuşdur. 1965-ci ildə Devid Rokfellerin təşəbbüsü ilə yaradılmış "Amerika Şurası” – bütün Qərb yarımkürəsində (Kanada, Karib hövzəsi, C.Amerika daxil olmaqla) azad ticarət, bazarların açılmasına çalışan biznes təşkilatıdır. D.Rokfellerin digər bir layihəsi Sakit okean hövzəsi ölkələri arasında əlaqələri müzakirə etmək üçün yaradılan beynəlxalq QHT "Sakit okean hövzəsi əlaqələri İnstitutu” da bu maraqlara xidmət edir.

Devid Rokfeller Şimali Amerika Azad Ticarət Sazişinin (NAFTA) və Azad Ticarət haqqında Mərkəzi Amerika Sazişinin (CAFTA) əsas ideya müəllifi, azad ticarət konsepsiyasının mühüm dəstəkçisidir. Bu konsepsiyanın əsasında isə Rokfeller ailəsinin və onların tərəfdaşlarının bu regionlarda üstün iqtisadi mövqeyə malik olması, ticarətin liberallaşdırılması adı altında bu bazarlarda inhisarçı mövqeyə yiyələnməsi, azad ticarət sazişləri vasitəsilə dövlətlərin tənzimləyici metodlarını  asanlıqla aşa bilməsi dayanır.

"Amerika Şurası”na biznes, maliyyə, konsaltinq, sənaye, medianı təmsil edən 200-ə yaxın şirkət daxildir (Chevron, Conocophilips, Exxon Mobil, Ford, General Motors, JP Morgan, Macdonalds, Microsoft, Coco-Cola) və mahiyyət etibarilə Rokfellerlərin öndərliyi altında dünya bazarları uğrunda rəqabət aparmaq üçün yaradılmışdır. 1994-cü ildə NAFTA-nın təşkilata çevrilməsi ilə bu ideyalar öz əməli təsdiqini tapmışdır. Görünən odur ki, Rokfellerlər dünyanın müxtəlif regionları ilə ABŞ-ın münasibətlərini tənzimləmək məqsədilə yaratdıqları təşkilatlarda ilk növbədə şəxsi biznesləri üçün əlverişli mühit yaratmağa çalışırlar.

ABŞ xarici siyasətinin pərdəarxası rəhbərləri

Rokfellerlərin xüsusi maraq göstərdiyi sahələrdən biri də beyin mərkəzlərinin himayəsi olmuşdur. XX əsrin əvvəllərində ABŞ-da yaranmış beyin mərkəzlərindən olan Brookinq İnstitutu II dünya müharibəsindən sonra Rokfeller və Ford Fondu tərəfindən göstərilən maliyyə yardımı sayəsində ayaqda durmağı bacardı və bugün Rokfellerlərin əlində mühüm vasitədir. ABŞ-ın və dünyanın xarici siyasət sahəsində qeyri-rəsmi mərkəzlərindən biri hesab olunan, xarici siyasət sahəsində proqnozlar verən və bəlkə də bu proseslərin pərdəarxasında duran "Xarici Əlaqələr üzrə Şura” (Council on Foreign Relations) da Rokfellerlərin nəzarəti altındadır.

Amerikanın ictimai-siyasi həyatında böyük təsir imkanlarına malik Rokfellerlər XX əsrin birinci yarısınadək digər ailələrlərlə (Ford, Morqan, Karnegi və s.) nüfuz dairəsini bölüşürdü. Amerika Sənaye İnqilabından sonra formalaşmış bu ailələr yalnız II dünya müharibəsindən sonra qüvvələrini birləşdirməyə başladılar. Bunun parlaq nümunələrindən biri də Xarici Əlaqələr üzrə Şuradır. Şurada 1950-ci illərə qədər Morqanların maraqlarını müdafiə edənlər çoxluq təşkil edirdisə, həmin dövrdən başlayaraq əsas rol Rokfellerlərə keçdi.

1921-ci ildə yaradılan Xarici Əlaqələr üzrə Şura 1939-cu ildən başlayaraq beş il ərzində Rokfellerlər Fondu tərəfindən maliyyələşdirilən ciddi məxfi "Müharibə və Sülh Araşdırmaları” hesabatı hazırlamışdır və bu sənədlər ABŞ hökumətinin və Dövlət departamentinin siyasətinə böyük təsir göstərmişdir. ABŞ-SSRİ, ABŞ-Çin münasibətləri ilə bağlı bu beyin mərkəzinin hazırladığı məlumatların ölkələrarası siyasi kursu müəyyən etməsi müşahidə olunur. Şuranın "Foreign Affairs” jurnalı dünyanın beynəlxalq münasibətlər üzrə əsas siyasi nəşri hesab olunur. Şura üzvləri arasında Madlen Olbrayt (keçmiş dövlət katibi), Jo Bayden (ABŞ-ın 47-ci Vitse prezidenti), Corc Buş (41-ci Prezident), Zbiqnev Bjezinski, Henri Kissencer, Frensis Fukuyama, Jimmi Karter (39-cu Prezident), Dik Çeyni (46-cı vitse Prezident), Rocer Ailes (Fox News baş icraçı direktoru), Maykl Bloomberq (Nyu-York meri), Bill Klinton, Mixail Qorbaçovun adını göstərmək olar. Hazırda Devid Rokfeller Xarici Əlaqələr üzrə Şuranın fəxri sədridir.

Xarici Əlaqələr üzrə Şura nüfuz dairəsinə və təsir gücünə görə heç bir digər beyin mərkəzi ilə müqayisə oluna bilməz. Araşdırmalara əsasən 1945-1972-ci illər arasında ABŞ hökumətində yüksək xarici siyasət rəsmilərinin təxminən 45%-i həmçinin CFR üzvləri olmuşlar. Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) də bu şəbəkədən kənar deyil. Agentliyin yaradılmasından keçən ilk illərdə onun əksər rəhbərləri (Allen Dulles, John Mc.Cone, Riçard Helms, Corc Buş (ata)) Şura üzvləri idilər. Ümumilikdə isə Truman Administrasiyasının 42%, Eyzenhauer Administrasiyasının 40%, Kennedi Administrasiyasının 51%, Johnson Administrasiyasının 57%-i Xarici Əlaqələr üzrə Şuranın üzvü olmuşlar. CFR-in mediada da böyük təsir imkanları olmuşdur. 1970-ci illərdə "Nyu-York Times” qəzetinin on direktorundan üçü, "Washington Post”un 9 direktorundan 4-ü Şuranın üzvü olmuşlar.1 Bütün bu əlaqələr bu gün də saxlanmaqdadır.

ABŞ diplomatiyasının xaç ataları Rokfellerlərin himayəsində

Rokfellerlər ailəsi siyasi səhnədə öz təmsilçilərindən daha çox təsiri altında olduqları siyasətçilərlə tanınırlar. Belə ki, Kanadanın 1921-1926, 1926-1930 və 1935-48-ci illərdə üç dəfə Baş naziri olmuş Uilyam Layon Makkenzi Kinq, Dünya Bankının 1947-49-cu illərdə Prezidenti olmuş Con Makklay, 1949-1963-cü illərdə onun sələfi olmuş Evqeniy Robert Blək, 1979-87-ci illərdə ABŞ Federal Rezerv Sisteminin sədri, Üçtərəfli Komissiyanın yaradıcılarından biri, Bilderberq klubunun üzvü Pol Volker, 1995-2005-ci illərdə Dünya Bankının Prezidenti Ceyms Vulfenson və daha neçə siyasətçi, bankir, iqtisadçı Rokfellerlərlə sıx əməkdaşlıq etmiş, müxtəlif illərdə Rokfeller Fondu tərəfindən maliyyələşdirilmişlər.   

Son yüz il ABŞ-ın xarici siyasətində və ümumilikdə dünya geosiyasətində ən mühüm iki şəxs Henri Kissencer və Zbiqnev Bjezinski də Rokfeller ailəsi ilə daimi əlaqədə olmuşdur. Z.Bjezinski Rokfellerlərin məsləhətçisi olmuşdur.

H.Kissencer 1956-1958-ci illərdə Rokfeller qardaşları Fondunun maliyyələşdirdiyi tədqiqat proqramının direktoru olmuş və o vaxtdan onların daimi münasibətləri yaranmışdır. Bundan sonra Nyu York ştatının qubernatoru Nelson Rokfellerin 1960, 1964 və 1968-ci illərdə Respublikaçılar partiyasından ABŞ Prezidentliyinə seçki kompaniyası zamanı müşaviri olmuşdur. Hətta Kissencer 1969-75-ci illərdə Nikson Administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşavir, 1973-1977-ci illərdə Dövlət Katibi olanda və Karterin Prezidentliyi dövründə də Rokfellerlərin maraqlarını müdafiə etmişdir.

ABŞ xarici siyasətində ən böyük diplomatik qalmaqallardan biri və sonradan hər zaman İrana qarşı arqument olaraq istifadə ediləcək hadisənin baş verməsində də Rokfellerlərin adı hallanır. 1979-cu ildə ABŞ tarixində səfirlik əməkdaşlarını girov götürülməsi ilə əlaqədar yaranmış ABŞ-İran diplomatik qalmaqalı Kissencer-Rokfeller adları ilə birbaşa bağlıdır. Həmin dövrdə ABŞ-da ən nüfuzlu beyin mərkəzi olan Xarici Əlaqələr üzrə Şuranın sədri olan Devid Rokfeller və Henri Kissencer Prezident Karteri İran şahı Rza Pəhləvinin ABŞ-a müalicə məqsədilə gəlməsinə razılıq verməsinə inandıra bilmişlər və bunun nəticəsində böyük bir qalmaqal yarandı. 4 noyabr 1979-cu ildən 20 yanvar 1981-ci ilədək 52 amerikalı Tehrandakı ABŞ səfirliyində girov götürüldü. ABŞ diplomatiya tarixinin ən rezonans doğuran bu hadisənin arxasında da Rokfellerlərin biznes maraqları dururdu.

Ailənin görkəmli üzvləri

Rokfellerlər ailəsinin üzvləri arasından bir neçəsi ABŞ hökumətində yüksək vəzifə də tutmuşlar. Nelson ABŞ-ın 41-ci Vitse-Prezidenti (1974-1977), Jay Senator (1985-ci ildən), Uintrop qubernator (Arkanzas 1967-1971) olmuşdur.

Rokfellerlər ailəsinin ABŞ hökumətində ən yuxarı pillədə təmsil olunan nümayəndəsi Nelson Rokfeller olmuşdur (1908-1979). O, 1940-cı ildə Prezident Ruzveltin Amerika məsələləri üzrə köməkçisi olmuş, II dünya müharibəsindən sonra San-Fransiskoda BMT-nin yaradılması ilə bağlı konfransda ABŞ-ın nümayəndə heyətinin tərkibində olmuşdur. BMT-nin öz mənzil-qərargahını Nyu Yorkda yerləşdirməsi üçün xüsusi səy göstərmiş və hətta bu məqsədlə torpaq sahəsi alaraq təşkilata bağışlamışdır. Harri Trumenin Prezidentliyi dövründə xarici yardım məsələlərin məsul olmuş və 1954-cü ildə Prezidentin xarici işlər üzrə xüsusi köməkçisi təyin edilmişdir. N.Rokfeller milli təhlükəsizlik naminə xarici yardım göstərilməsinin təşəbbüskarı olmuşdur. O, ABŞ-ın müasir dövlət xarici yardım mexanizminin əsas ideya müəlliflərindən biridir.

O, 1956-cı ildə xüsusi tədqiqat layihəsi yaratmışdır və bu layihəyə Kissencer rəhbərlik etmişdir. Əsas məqsəd ABŞ-ın qarşısında duran problem və çağırışların, milli məqsəd və vəzifələrin müəyyən edilməsi olmuşdur. Rokfeller qrupunun hesabatları: Amerika üçün perspektivlər adı ilə çap olunmuşdur. Həm Eyzenhauer, həm də Kennedinin hökuməti tərəfindən istifadə edilmiş bu hesabatlar hər zaman ABŞ hökumətinin gündəliyində durur.

Nelson Rokfeller Respublikaçı Partiyanın tarixində də özünəməxsus yer tutmuşdur.  Rokfellerin siyasi baxışları orta liberal olmuşdur. Zamanında Respublikaçılar Partiyasının mülayim liberal baxışlara malik fraksiyasını "Rokfeller – Respublikaçı” adlandırmışlar. "Rokfeller – Respublikaçı”lar mötədil sağ təmayüllü siyasətdən imtina edən sağ mərkəzçi və liberal hesab olunurlar. Bu fraksiya tərəfdarları Rokfeller, Aleksandr Hamilton, Teodor Ruzveltin ənənələrinə sadiq olaraq ətraf mühitin mühafizəsi, səhiyyə, təhsil kimi sahələrə dövlət və özəl investisiyaların cəlb olunmasının tərəfdarıdırlar. Onlar sosializmin əleyhinə olsalar da, ümumi rifah üçün federal sosial proqramları və biznesin bəzi praqmatik tənzimlənməsi tədbirlərini dəstəkləyirlər. Respublikaçılar Partiyası daxilində hər zaman konservatorlarla rəqib olmuşlar. Hazırda "Rokfeller – Respublikaçı” termini az-az işlənir, bu siyasi görüşə malik respublikaçılar liberal respublikaçılar adlanırlar. Lakin hələlik siyasi leksikondan tam çıxmamışdır, bəzən yada düşür. Misal üçün, Kolin Pauel 1995-ci ildə özünü "Rokfeller – Respublikaçı” adlandırmışdır.

Beləliklə, Amerika və dünya ictimai-siyasi səhnəsində xüsusi yer tutan Rokfellerlər ailəsi pərdəarxası siyasi proseslərdə əsas aktorlardan biridir. Dünyada baş verən bir çox proseslərdə, xüsusən də iqtisadi böhran və ya liberallaşdırma meylli inteqrasiya proseslərində hər zaman Rokfellerlərin biznes və siyasi maraqları özünü göstərir. Bütün bunlar isə növbəti araşdırmaların mövzusudur.

Laurence H. Shoup and William Minter, Imperial Brain Trust: The Council on Foreign Relations and United States Foreign Policy (Authors Choice Press,New York: 2004), pages 62-64

Ərəstü Həbibbəyli,

iqtisad elmləri üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...